Türkiyə mətbuatı, 21 iyul 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1458832
Türkiyə mətbuatı, 21 iyul 2020

"Haber Türk": Prezident Ərdoğanın Kıbrıs  mesajı

Prezidentr Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Kıbrıs Sülh Hərəkatının 46-cı ildönümü münasibətilə verdiyi mesajda Kıbrıs (Kipr) Rum tərəfinin Kıbrıs Türkünün siyasi bərabərliyini və Adanın təbii qaynaqları üzərindəki bərabərhüquqlarını yubanmadan təhvil verməsinin vacibliyini bildirib.

Ərdoğan Kıbrıs Sülh Hərəkatının 46-ci ildönümü münasibətilə paylaşdığı mesajında "Adada ədalətli və daimi sülhün yaranması ancaq Kıbrıs Türkünün bərabər statusunun qəbul edilməsi ilə mümkündür" deyib.

"Sabah: Akar: "Hafterə edilən köməklik və dəstəyin ən qısa müddətdə dayandırılması vacibdir"

Akarın dəvəti ilə Milli Müdafiə Nazirliyində Liviyanın Daxili İşlər naziri Fethi Başağa ilə Maltanın Milli Təhlükəsizlik və Daxili İşlər naziri Bayron Camillerinin iştirakı ilə keçirilən üçlü iclasdan sonra mətbuata açıqlama verilib.

Akar açıqlamasında deyib ki, Liviya mövzunda səylərimiz bu günə qədər davam etdi və vurğulamaq istərdim ki, liviyalı qardaşlarımızla BMT tərəfindən tanınan hökumətlə əməkdaşlığımız davam edəcəkdir. Bu məqsədə çatmaqda ən böyük maneənin qiyamçı Hafter olduğunu bilirik. Buna görə Liviyada sülh, əmin-amanlıq, etimad və torpaq bütövlüyünün təmin edilməsinə mane olan Hafterə bütün yardımların və dəstəyin dərhal kəsilməsi vacibdir.

"Vatan": Nazir Pekcan Pakistan Ümumi Virtual Ticarət Missiyası proqramında çıxış etdi

Ticarət naziri Ruhsar Pekca, Pakistanın dost və qardaş bir ölkə olmasının xaricində çox əhəmiyyətli bir ticarət tərəfdaşı olduğunu ifadə edərək, "850 milyon dollarlıq ticarət həcmi hər iki ölkənin ticarət gücünü əks etdirmir. Bu, tezliklə 1 milyard dolları keçməlidir" deyib.

"Hürriyet": "Fatih" Qara dənizdə qazma fəaliyyətlərinə start verdi

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Fatih" qazma gəmisinin Qara dənizdəki ilk qazma işlərini "Tuna-1" yerində başladığını bildirdi. Dönmez "Twitter" hesabındakı açıqlamasında "Varsa, mütləq tapacağıq" ifadəsini işlədib.

"Yeni Şafak": Mənzil satışında 32 faiz artım

2020-ci ilin ilk yarısında Türkiyədəki mənzil satışları, keçən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artım göstərdi. İlin ilk yarısında ölkə daxilində 581 min 798 mənzil satıldı və bu dövrdə ən çox mənzil satılan şəhər İstanbul oldu.



Әlaqәli Xәbәrlәr