Türkiyə mətbuatı, 20 iyul 2020

Türkiyә mәtbautında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1458325
Türkiyə mətbuatı, 20 iyul 2020

"Sabah": Ərdoğan Ayasofyada görülən işlərlə tanış olub

Dünən Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 24-də qılınacaq cümə namazı ilə 86 il sonra ibadətə açılacaq Ayasofya məscidini ziyarət edərək görülən işlərlə maraqlanib. Bir saata yaxın məsciddə qalan Ərdoğan Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy və İstanbul valisi Əli Yerliqayadan açılış üçün həyata keçirilən tədbirlərlə bağlı məlumat alıb.

"Haber Türk": Çay ixracı ilk 6 ayda 57 faiz yuksəlib

İlin birinci yarısında Turkiyədən çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 57,6 faiz artaraq 7 milyon 587 963 dollara yüksəlib.

"Vatan": Liviyada EYP-lərə yerli robot 'Kutlu' ilə müdaxilə edilir

Milli Müdafiə Nazirliyi yerli və milli robot olan TMR 2 -nin (Kutlu) Trablusda əl qumbarası (EYP) və döyüş sursatlarının məhv edilməsində səmərəli istifadə olunduğunu bildirib.

"Star": Türkiyə İran və Əfqanıstan ilə uçuşları təxirə salıb

Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən verilən yazılı açıqlamada Türkiyənin "Covid-19" tədbirləri çərçivəsində İran və Əfqanıstana həyata keçirilən uçuşları dayandırdığı ifadə edilib.

"Hürriyyət: Dünyada ilk dəfə quruda yaşayan canlının qalığı su altında görüntülənib

Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Obruk Mağara Araşdırma Qrupu tərəfindən Yamula Su Bəndində aparılan araşdırmalarda filin əcdadı təxmin edilən 7,5 milyon illik 4 qalıq parçası tapılıb. Arasdirma Qrupundan Əli Ədhəm Kəskin "Daha öncə dəniz canlılarının dənizin dibində qalıqları tapılmışdı, amma quru canlısının qalığı su altında dünyada ilk dəfədir görüntülənib" deyə bildirib.



Әlaqәli Xәbәrlәr