Türkiyə mətbuatı, 2 iyul 2020

Türkiyә mәtbautında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1447366
Türkiyə mətbuatı, 2 iyul 2020

"Sabah": Astanada keçirilən zirvə görüşündən sonra Türkiyə, Rusiya və İrandan birgə bəyanat
Türkiyə-Rusiya-İran üçtərəfli videokonfransın sonra dünən dövlət başçıları tərəfindən birgə bəyanat yayıldı. Bəyanatda Suriyanın ərazi bütövlüyü vurğulandı. İdlib razılaşmalarının həyata keçiriləcəyi və sakitliyin təmin ediləcəyi bildirildi
"Haber Türk: Türkiyə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi sədrliyini təhvil aldı
Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, daha əvvəl 1998-1999 və 2009-2010-cu illərdə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinə başçılıq edən Türkiyənin bununla da bu vəzifəni 3-cü dəfə icra edəcəyi diqqətə çatdırıldı.
Açıqlamada “Ölkəmiz Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin prioritetlərini, region ölkələrinin gündəmindəki qlobal və regional mövzuları əsas götürərək, fəaliyyətini Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin əsas prinsipləri olan “regional mənimsəmə” və “əhatəlilik” çərçivəsində həyata keçirəcək” deyilir.
"Vatan": Xarici İşlər Nazirliyinin Aİ-nin səyahət mədudiyyətinə reaksiyası: Məyus olduq!
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy "Aİ-nin səyahət məhdudiyyətlərilə əlaqədar tövsiyə qərarında Türkiyənin yer almamasından məyusluq duyduq, bunun düzəldilməsini gözləyirik" dedi.
"Star": ABŞ-dan F-35 açıqlaması: Türk şirkətləri ilə işləməyə davam edəcəyik
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) 2022-ci ilə qədər ortaq hücum təyyarəsi F-35-nin bəzi hissələri üçün Türkiyə şirkətləri ilə işləməyə davam edəcəyini açıqladı.
"Hürriyet": Ukraynalılar tətil üçün Türkiyəyə gəldi
Türkiyə ilə Ukrayna arasında yeni bir növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində fasilə verilən təyyarə səfərləri təşkil edildi.
Ukraynanın Xarkov şəhərindən hərəkət edən "SkyUp" hava yollarına aid içində 189 sərnişinin olduğu təyyarə Antalya hava limanına eniş etdi. Pandemiya səbəbindən ciddi tədbirlərin görüldüyü hava limanına gələn turistlər "Türkiyə üçün çox darıxmışdıq, salam Türkiyə" deyərək tətil günlərinə start verdilər.



Әlaqәli Xәbәrlәr