Türkiyə mətbuatı, 16 iyun 2020

“Sabah”, “Star”, “Haber Türk”, “Vatan” və “Yeni Şafak” bu gün nələrdən yazır?

1436710
Türkiyə mətbuatı, 16 iyun 2020

 

“Sabah”: Türkiyə prezidenti Ərdoğan D-8-in 23-cü ildönümünü münasibətilə təbrik etdi

  Türkiyənin dövri sədrliyini etdiyi inkişaf edən 8 ölkənin D-8 Əməkdaşlıq Təşkilatının 23-cü ildönümü münasibətilə təbrik mesajında Ərdoğan deyib: “D-8 müharibə yerinə sülhün, qarşıdurma yerinə dialoqun, ikili standart yerinə ədalət və inkişafın, üstünlük yerinə bərabərliyin, istismar yerinə paylaşmanın, təzyiq yerinə insan haqqları, azadlıq və demokratiyanın hakimliyini şüar edib.”

“Star”: Çavuşoğlu - Maas telefon danışığı

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Heiko Maasla danışdı. İki nazirin telefon söhbətində yeni tip korona virusu (Covid-19) müddətində normallaşma, turizm, səyahət planlaması və Avropa İttifaqı (Aİ) - Türkiyə münasibətləri müzakirə olundu.

“Haber Türk”: Çavuşoğlundan Rusiya nazirlərinin səfərinin təxirə düşməsilə bağlı şərh

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoygunun İstanbula edəcəkləri səfərin Liviyada atəşkəsin qalıcılığı üçün texniki görüşlərin davam etdirilməsi məqsədiylə təxirə salındığını söylədi: “Rusiyalılarla görüşlə bağlı hər hansı problem yoxdur”.

“Vatan”: Ömər Çelik “Əməliyyatlar sürəcək" dedi

  İraqın şimalındakı terror təşkilatına qarşı təşkil edilən Pəncə-Qartal Əməliyyatında 81 hədəf məhv edilib. Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mövzu ilə bağlı deyib: “İnsanlığa düşmən olan terror təşkilatları ilə mübarizə vətəndaşlara zərər verilmədən davam edəcək. Türkiyə, bir çox məsələdə olduğu kimi, terrorla mübarizədə də dünyaya nümunədir.”

“Yeni Şafak”: "Bu yardımı heç zaman unutmayacağıq” deyən İtaliya naziri Türkiyəyə gəlir

  İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luiqi de Maio 17 iyunda Türkiyəyə səfər edəcək. Ötən aylar Türkiyənin İtaliyaya “Covid-19”la mübarizə çərçivəsində köməyinə L.Maio təşəkkür edərək “Bu yardımı heç zaman unutmayacağıq” demişdi.  



Әlaqәli Xәbәrlәr