Türkiyə mətbuatı, 3 iyun 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1428431
Türkiyə mətbuatı, 3 iyun 2020

"Yeni Şafak": Prezident Ərdoğanın başçılığı ilə keçirilən MTŞ yığıncağından sonra bəyanat verildi
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirildi. Görüşdən sonra yayımlanan bəyanatda terrorla mübarizə, Aralıq dənizində qanuni hüquqların qorunması, Suriya və Liviya siyasətləri yer alıb.
"Haber Türk": Səhiyyə naziri Koca rusiyalı həmkarı Muraşko ilə görüşüb
Dünən səhiyyə naziri Fəxrəddin Koca Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüş keçirib. Səhiyyə nazirləri əməkdaşlıq və iki ölkə arasında "Covid-19" əleyhinə dərman və vaksinin yaradılması üzərində birgə iş aparacaqlarına dair qərara gəliblər.
"Hürriyet": THY beynəlxalq uçuşlarını bərpa edir
Martın 28-dən etibarən dünyanın 127 ölkəsinə planlı sərnişin reyslərini dayandıran Türk Hava Yolları (THY) tədricən daxili və beynəlxalq reyslərini bərpa edir. İyun ayının 18-dən etibarən  THY Avropada 6 ölkədəki 16 şəhərdən Türkiyənin 14 nöqtəsinə birbaşa uçuş reallaşdıracaq.
"Sabah": Türkiyə 9 ayda 1 milyard 964 milyon dollarlıq fındıq ixracatı etdi
Türkiyə 9 ayda 1 milyard 964 milyon 965 min dollarlıq fındıq ixrac etdi.  İxracın 229 min 492,2 tonu Avropa İttifaqı (Aİ) ölkələrinə reallaşdı.
"Star": Türkiyənin avtomobilində əhəmiyyətli inkişaflar
Türkiyənin Avtomobil Təşəbbüs Qrupu (TOGG) tərəfindən planlaşdırılmış işləri davam etdirilən Türkiyənin Avtomobil Sərmayə qoyuluşu Bursanın Gemlik qəsəbəsində fabrikin tikintisinin başlaya bilməsi üçün vacib olan ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair hesabatı Ətraf Mühit və Şəhərsalma Nazirliyindən müsbət olaraq aldı. Fabrik və istifadəçi yönümlü şəhərcik cəmi 22 milyard lirəlik investisiya ilə həyata keçiriləcək.



Әlaqәli Xәbәrlәr