Türkiyә mәtbuatı: 2 iyun 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1427676
Türkiyә mәtbuatı: 2 iyun 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Star’’: Fәxrәddin Kocadan daha sәrt tәdbirlәrin görülmәsi ilә bağlı açıqlama verib.

Türkiyәnin sәhiyyә naziri Fәxrrәddin Koca dünәn  rәsmi ‘‘Twitter’’ sәhifәsindә yeni növ koronavirusla bağlı açıqlama verib. Fәxrәddin Koca bildirib ki, Türkiyәdә  sağalan xәstәlәrin sayı 130 minә çatıb.Virusa yoluxanların yeni sayı nәzәrdә tutulan sәviyyәdәdir. Süni tәnәfüss aparatı ilә nәfәs alan xәstәlәrin sayı azalır. Qarşıdakı günlәr әl gigiyenasına, maska vә sosial mәsafә qaydalarından asılıdır.  

 

‘‘Sabah’’: Ömәr Çelik Kıbrıs Yunan Rәhbәrliyindәki mәscidә edilәn hücuma reaksiya göstәrib.

Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik Limasoldakı ‘‘Köprülü’’ mәscidinә edilәn hücuma sәrt reaksiya göstәrib. Bu barәdә Ömәr Çelik rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib. Ömәr Çelik deyib: ‘‘Yunan rәhbәrliyi faşistlәrә qarşı tәdbirlәr görmәlidir. İslam dininә qarşı düşmәnçiliyi tәşviq edәn siyasәt vә media dilinә qarşı  mübarizә aparılmalıdır.Yunan rәhbәrliyi bunu törәdәnlәri әn qısa zamanda tapmalıdır’’.

‘‘Hürriyet’’: ‘‘Fatih’’ qazma gәmisi Trabzona çatıb.

Qaradәnizdә ilk qazma fәaliyyәtlәrini hәyata keçirmәk üçün İstanbuldan yola düşәn ‘‘Fatih’’ qazma gәmisi Trabzona çatıb. Mәrasimlә qarşılanan gәmi ilk qazma fәaliyyәtlәrinә iyulun 15-dә başlayacaq.

 

‘‘Haber Türk’’: Ölkәdaxili sәfәrlәr başladı

Yeni növ koronavirus epidemiyası sәbәbindәn dayandırılan ölkәdaxili aviareyslәr yenidәn bәrpa olunub. Hәyata keçirilәn İstanbul-Ankara aviareysinin ilk sәrnişinlәrindәn olan nәqliyyat vә infrastruktur naziri Adil Karaismailoğlu deyib: ‘‘Hәr kәs xәstәliyin profilaktik tәdbirlәrinә riayәt etmәlidir’’.


‘‘Vatan’’: Türkiyәnin silahlı PUA-ları diqqәt mәrkәzindәdir

Almaniyanın ‘‘Der Şpiegel’’ jurnalı Türkiyәnin müasir silahlı PUA-larından yazıb. Mәqalәdә ölkә daxilindә vә sәrhәddәn kәnarda keçirilәn әmәliyyatlarda fәal şәkildә iştifadә edilәn ‘‘Bayraktar TB2’’ pilotsuz uşan aparat haqqında da diqqәt çәkәn ifadәlәr yer alıb. Mәqalәdә hәmçinin ‘‘Bayraktar TB2’’ pilotsuz uşan aparatının Türkiyәnin müdafiә sәnayesinin  әn uğurlu silahlarından biri olduğu qeyd olunub.



Әlaqәli Xәbәrlәr