Türkiyə mətbuatı, 13 may 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1416222
Türkiyə mətbuatı, 13 may 2020

"Sabah":  Başakşehir şəhər xəstəxanası yapon mətbuatında!
Açılışdan bir neçə gün əvvəl Başakşehir şəhər xəstəxanası yapon mətbuatında yer aldı. Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını çatdıran yapon mətbuatı təxminən 2700 yataqla xidmət göstərəcək xəstəxananın tutumuna diqqət çəkib. Nəhəng sağlamlıq kompleksinin Yaponiyadakı ən böyük Fujita universiteti xəstəxanasından daha böyük olduğu bildirilib. Koronavirusun müalicəsində böyük rol oynadığı qeyd olunan xəstəxananın "Covid-19" xəstələrini qəbul etməyə başladığına diqqət çəkilib.
"Star": Türkiyə Təqdimat Qrupu 'Made in Turkey' ' loqolu gigiyena dəstini təqdim etdi
Türkiyə Təqdimat Qrupu həmrəylik ruhunu simvollaşdırmaq və ölkənin marka dəyərini artırmaq üçün "Made in Turkey" loqosu ilə gigiyena məhsullarından ibarət xüsusi dizaynlı  dəstlərini 60-dan çox ölkədə böyük alıcılara, ticarət birliyi nümayəndələrinə, jurnalistlərə və dünyada məşhur sosial media fenomeninə göndərərək Türkiyənin istehsal, satınalmalar və ixracat müvəffəqiyyətini tanış etmək niyyətindədir.
"Hürriyet":  ABŞ-dakı Türk komandasından dünyada bir ilk
Dünyanın ən əhəmiyyətli xərçəng mərkəzlərindən biri olan Texas Universiteti MD Anderson xərçəng mərkəzində vəzifə icra edən professor Bülent Özpolat və komandası dünyada ilk dəfə gen susdurma metodu ilə "Covid-19" virusuna qarşı dərman hazırlayacaq.
Yenişafak: "ASELSAN dünyada koronavirusdan ən az təsirlənən dörd müdafiə şirkəti arasındadır
ASELSAN "Defence News Top 100" şirkətləri siyahısınadakı ictimaiyyətə açıq şirkətlər arasında dünyada bazar dəyəri yeni növ koronavirusun yayılmasından ən az təsirlənən dünyanın ən yaxşı 4 müdafiə şirkətindən biri oldu.
"Vatan": Türkiyə F-35 detallarını ABŞ Konqresinə təqdim etdi
ABŞ Hökumət Hesabatı İdarəsi (GAO) Türkiyə üçün F-35 satınalma hesabatı hazırlayıb. Hesabatda Türkiyəni F-35 proqramından silmək cəhdinin proqramın axsayan istehsal və tədarük prosesinə mənfi təsir etdiyinə diqqət çəkilib.
 



Әlaqәli Xәbәrlәr