Türkiyə mətbuatı, 5 may 2020

“Hürriyet”, “Star”, “Haber Türk”, “Vatan” və “Yeni Şafak” bu gün nələrdən yazır?

1410865
Türkiyə mətbuatı, 5 may 2020

 

“Hürriyet”: Türkiyədə normal həyata dönüş başlayır

  Yeni tip korona virusu (Covid-19) ilə mübarizədə müvəffəqiyyətli müddət keçirən Türkiyədə normal həyata dönüş başlayır. Plana əsasən, 10 may bazar günündən etibarən, ilk növbədə, 65 yaşdan yuxarı olanların komendant saatı məhdudiyyəti azaldılaraq dörd saat müəyyən olunur. 20 yaşdan kiçiklər üçün də bu qayda belədir. Mayın 11-dən isə bərbər, parikmaxer və gözəllik salonları fəaliyyətə başlaya biləcək. Ticarət mərkəzləri də 11 maydan xidmət göstərməyə başlayacaq.

“Star”: Fransız Murad Qazli dünyaya Türkiyəni göstərdi

  Korona virusu epidemiyası ilə bağlı Antalyada bir marketdə çəkdiklərini bütün dünyaya duyuran Fransa vətəndaşı Murad Qazli (Mourad Ghazli) göstərib ki, təkcə bir şəxsiyyət vəsiqəsi ilə istədiyi aptekdən 5 maska almaq mümkündür. Qazli həm də prezident Rəcəb Tayyib Ərdoğanın xalqı ilə dərindən maraqlandığını vurğulayıb. Qısa müddət ərzində video on minlərlə insan tərəfindən izlənilib.

“Haber Türk”: Pandemiyadan sonra Türkiyə cazibə mərkəzi olacaq

  Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) sədri Əbdürrəhman Kaan dünyanı təsiri altına alan “Covid-19” epidemiyası dövründə Türkiyənin verdiyi imtahanla nə qədər güclü bir ölkə olduğunu təsdiqlədiyini söyləyib. Kaan onu da vurğulayıb ki, sektorlarda hər cür infrastruktur hazırdır və epidemiyadan sonra Türkiyə cazibə mərkəzi olacaq.

“Vatan”: Yunanıstanın “vertolyotumuza hücum edildi” ittihamına Türkiyədən cavab

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan milli müdafiə nazirini aparan vertolyota Türkiyə döyüş təyyarələri tərəfindən hücum edildiyi ittihamının əsassız olduğunu bildirərək deyib: “Türkiyənin qırıcı təyyarələri Egey dənizində növbəti təlim fəaliyyətlərini həyata keçirirdi. Yunanıstanın müntəzəm uçuşları dramatikləşdirərək gərginliyi artırmağa çalışmasının faydası yoxdur".

“Yeni Şafak”: Yerli videokonfrans proqramı “Dialog"

  Uzaqdan çalışma şərtlərilə keyfiyyəti yüksək şəkildə təmin edən Türkiyənin yerli videokonfrans proqramı “Diyalog” bu aydan təqdim ediləcək. İstifadəsi üçün heç bir tətbiq proqramının quraşdırılmasına ehtiyac olmayan “Dialog” əlavə avadanlıq olmadan zəng və görüntüləri yüksək keyfiyyətlə qəbul edəcək. Tətbiqdə istifadəçi və vaxt məhdudiyyəti olmasa da, bu proqram vacib qurum və insanlar asanlıqla istifadə olunacaq. Proqramın dost və müttəfiq ölkələrə ixrac potensialı da yüksəkdir.

 



Әlaqәli Xәbәrlәr