Türkiyә mәtbuatı: 4 may 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1410129
Türkiyә mәtbuatı: 4 may 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hüttiyet’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan inşa işlәri davam edәn xәstәxanaların görüntülәrini paylaşıb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  İstanbulda 2 min çarpayılıq iki xəstəxananın inşasının sürətlə davam etdiyini bildirib. Rәsmi “Twitter” sәhifәsindә  tikintiləri gedən Yeşilköy və Sancaktepe xəstəxana layihələrini paylaşan Ərdoğan yazıb: "Yeşilköy və Sancaktepedə 2 min çarpayılıq iki xəstəxananın inşası davam edir. İnşaallah, layihələri ən qısa müddətdə həyata keçirəcək, tamamlayacaq və İstanbula iki mühüm xəstəxana qazandıracağıq’’.Təməli aprelin 9-da qoyulan  xəstəxana binalarının mayın 24-də istifadəyə verilmәsi nәzәrdә tutulur.

‘‘Sabah’’:  Fәxrәddin Altun edilәn yardımlarla bağlı açıqlama verib.

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyәnin müttәfiqlәrini, dostlarını vә ehtiyacı olanları dәstәklәmәyә davam edәcәyini deyib. Fәxrәddin Altun dünәn rәsmi internet sәhifәsindә verdiyi açıqlamada Türkiyәnin etdiyi yardımlara toxunub.

Yeni növ koronavirusla mübarizә çәrçivәsindә Somaliyә dә tibbi lәvazimatın  göndәrildiyini deyәn Fәxrәddin Altun göndәrilәn yardım içәrisindә xaricә ilk dәfә göndәrilәn milli süni tәnәffüs cihazlarının olduğunu ifadә edib.

 

‘‘Star’’: Milli Müdafiә Nazirliyi ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәdәki uşaqlara yardım әlini uzadıb.

Türkiyәnin Milli Müdafiә Nazirliyi  Suriyada ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi  bölgәdәki Kafr Nasir ibtidai mәktәbinin şagirdlәrinә mәktәbli çantası, dәftәrxana lәvazimatı vә paltar hәdiyә edib. Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn açıqlamada  Türk әsgәrlәrinin ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı bölgәsindәki uşaqların üzünü güldürmәyә davam etdiyi vurğulanıb.

 

‘‘Yeni Şafak’’: Amerika Birlәşmiş Ştatları  tibbi lәvazimatla әlaqәdar Türkiyәyә tәşәkkür edib.

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo ölkәsinә göndәrdiyi  tibbi lәvazimat ilә әlaqәdar Türkiyәyә tәşәkkür edib. Rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verәn dövlәt katibi  Mayk Pompeo deyib: ‘‘NATO müttәfiqimiz Türkiyәyә minnәtdarıq. Türkiyәnin dәstәyi dünyanın dörd bir güşәsindә koronavirusla mübarizә aparan Amerika şirkәtlәrinә yardım edir. Bu epidemiyanın öhdәsindәn birlikdә gәlәcәyik vә heç olmadığımız qәdәr güclü olacağıq’’.

 

‘‘Haber Türk’’: Türkish Kargo şirkәti ötәn ilin göstәricilәrini  16.6 faiz üstәlәyib.

Beynәlxalq Hava Nәqliyyatı Dәrnәyi ‘‘Freight Tonne Kilometres’’-in 2020-ci ilin fevral ayına dair göstәricilәrini açıqlayıb. Göstәricilәrә әsasәn ‘‘Türkish Cargo’’  şirkәti ötәn ilin göstәricilәrini  16.6 faiz üstәlәyib.Karqo şirkәti belәliklә ən yaxşı 25 hava yükdaşıma şirkəti arasında ən cöx irәlilәyiş әldә edәn şirkәt olub.



Әlaqәli Xәbәrlәr