Türkiyә mәtbuatı: 29 aprel 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1407330
Türkiyә mәtbuatı: 29 aprel 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Haber Türk’’:Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Dünyadakı dәyişiklik Türkiyәyә yeni fürsәt pәncәrәlәri açır’’

Türkiyә prezidenti  Rәcәb Tayyib Әrdoğan yeni növ koronavirus epidemiyasına qarşı aparılan mübarizәdәn xilas olmaq üçün virusa qarşı görülәn tәdbirlәri hәyata keçirmәnin әhәmiyyәtini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan dünyadakı dəyişikliyin Türkiyəyә yeni və böyük fürsət pəncərələri açdığını deyib.Әrdoğan  bu müddәt әrzindә qaydalara riayәt edәn vәtәndaşlara tәşәkkür edib.Әrdoğan hәmçinin bildirib ki, epidemiyaya qarşı tədbirlər təyin olunan təqvimədək mərhələli şəkildə aradan qaldırıldıqdan sonra Türkiyədə istehsal çarxları yenidən tam sürətlə hərəkətə keçәcәk.

 

‘‘Sabah’’: İlki Türkiyәdә açıldı.

İstanbul Tibb Fakültəsində ‘‘Covid-19’’a yoluxmuş xәstәlәrә nәzarәt mәrkәzi açıldı. Türkiyədə və dünyada ilk olma xüsusiyyətinә malik mәrkәz yeni növ koronavirue epidemiyasını ağır keçirmiş və keçirdikdən sonra izlәnәn xəstələri 1-3-6-9 və 12-ci aylarda təqib edәcәk vә yaşanacaq  problemləri təsbit edəcək. Beləliklə, mərkəz bir il ərzində hәmin xəstələri təqib edəcək.

 

‘‘Hürriyet’’: Rusiyada ağciyәr xәstәliyindәn әziyyәt çәkәn tәlәbә tәcili yardım tәyyarәsi ilә Türkiyәyә gәtirilib.

Türkiyәnin sәhiyyә naziri Fәxrәddin Koca Rusiyada әmәliyyat edilmәyәn vә ağciyәr problem olan  Haluk Hasan Seyithanoğlunun tәcili yardım tәyyarәsi ilә Türkiyәyә gәtirildiyini açıqlayıb. Bu barәdә Fәxrәddin Koca rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib. O, bildirib ki, Rusiyada әmәliyyat oluna bilmәyәn qardaşımız prezidentimizin gçstәrişi ilә müalicә olunur.

 

‘‘Yeni Şafak’’: Әcnәbilәr Türkiyәdә mәnzil almağa davam edir.

Qlobal epidemiya sәbәbindәn әcnәbilәr  mart ayından etibarәn internet vasitәsilә  Türkiyәdә  mәnzil alır. Türkiyәyә sәyahәt edә bilmәyәn әcnәbilәr ‘‘Facetime’’, ‘‘Zoom’’, ‘‘Skype’’ vә ‘‘Whatsapp’’ kimi internet proqramları vasitәsilә mәnzil almağa davam edir. Mәlumata görә, mart ayında әcnәbilәrә 100 milyon lirә mәblәğindә mәnzil stılıb.

 

‘‘Star’’: Türkiyәdәn beynәlxal yük daşınması ilә bağlı yeni qәrar.

Nәqliyyat vә İnfrastruktur Nazirliyi Türkiyәnin beynәlxalq yük daşınması ilә bağlı qәbul edilәn yeni qәrarları açıqladı. Qәrara әsasәn, Rusiya vә Qazaxıstan başda olmaqla Orta Asiyadan Türkiyәyә yük daşıyan sürücülәrin karantin müddәti sürücülәrin maşından enmәmәlәri vә müәyyәn edilәn qurallara riayәt edәrәk 72 saat әrzindә ölkәni tәrk etmәlәri halında tәtbiq olunmayacaq. Yük maşınları ölkәyә daxil olduqdan sonra ‘‘Avtomobilt tәqib sistemi’’ ilә tәqib edilәcәklәr.

 



Әlaqәli Xәbәrlәr