Türkiyə mətbuatı, 14 aprel 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1397518
Türkiyə mətbuatı, 14 aprel 2020

"Sabah": Prezident Ərdoğan: "Bu həftə komendant saatı davam edəcək"
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada "Həftə sonu komendant saatı qarşıdakı həftə sonlarında da davam etdirməyi qərara aldıq. Vətəndaşlarımıza bildirmək istəyirəm ki, komendant saatı 17 aprel cümə günü yerli vaxtla saat 24: 00-dan 19 aprel bazar günü 24: 00-a qədər tətbiq ediləcəkdir" dedi.
"Star": Yerli və milli koronavirus nümunə alma dəsti Sakaryada hazırlandı"
Sakarya Universiteti (SAU) və sakaryalı bir şirkət İtaliya, Çin və ABŞ-da istehsal edilən yeni növ koronavirus (Covid-19) testində etibarlı nəticələr təmin edən bir nümunə alma dəsti hazırladı.
"Habertürk": Türkiyədən Yunanıstana sərt cavab!
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstanın immiqrasiya naziri Notis Mitarakisin 18 mart razılaşmasının həyata keçirilməməsi iddiaları ilə əlaqədar olaraq, "Mitarakisin "Covid-19" epidemiyasını bəhanə edərək 18 mart razılaşmasının həyata keçirilmədiyi barədəki sözləri bu ölkənin qaçqınlara qarşı işlədiyi həqiqətləri təhrif etmək məqsədi daşıyır "dedi.
"Hürriyet": Avropa İttifaqını Türkiyənin avtomobili ilə əlaqədar dizaynı təsdiqlədi
Türkiyənin avtomobili üzrə Təşəbbüs Qrupunun avtomobillərinin (TOGG) daxili və xarici dizaynları Avropa İttiaqı Əqli Mülkiyyət Ofisi tərəfindən təsdiqləndi. Təsdiqləmə hüququ 5 il etibarlı olacaq. Bununla da TOGG-un nəqliyyat vasitələrinin dizaynlarının tamamilə və ya qismən üçüncü şəxslər tərəfindən nüsxəsinin götürülməsinin qarşısı alındı.
"Yenişafak": Əcnəbilərin mənzil satışında rahat nəfəs almasına imkan yaradacaq təşkilat
Ölkə xaricində əmlak təbliğatı dərnəyinin (GİGDER) sədri Faruk Akbal Xəzinə və Maliyyə Nazirliyinin ölkə xaricində təşkilatın qurulmasının əcnəbiyə mənzil satışı üçün əhəmiyyətli bir dəstək mexanizmi olacağını ifadə edərək, "Qarşıdakı dövrdə əcnəbiyə Türkiyədə sərmayə qoymaq mövzusunda əlavə bir etimad verəcək" dedi.



Әlaqәli Xәbәrlәr