Türkiyә mәtbuatı: 9 aprel 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1394386
Türkiyә mәtbuatı: 9 aprel 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Star’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Çin dövlәt başçısı Şi Cimpinqlә görüşüb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Çinin dövlәt başçısı Şi Cimpinq arasında telefon danışığı olub. Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, görüşdә yeni növ koronavirusla mübarizәdә әmәkdaşlıq vә ikitәrәfli münasibәtlәr müzakirә olunub.

 

‘‘Hürriyet’’:  Fәxrәddin Altun beynәlxalq әmәkdaşlıq ilә bağlı çağırış edib.

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun dünyada  hәmrәyliyin, әmәkdaşlığın vә sülhün bәrgәrar olmasını arzu etdiklәrini deyib. Prezident Aparatının Kommunikasiya İdarәsinin ‘‘Covid-19’’ Tәcrübәlәri vә Epidemiyaya Qarşı Mübarizәdә Beynәlxalq Әmәkdaşlıq başlıqlı telekonfransında açılış nitqi ilә çıxış edәn Fәxrәddin Altun qeyd edib ki, qlobal epidemiya dövründə hәm  öz vətəndaşlarımızı qorumağa çalışırıq, hәm dә  ehtiyacı  olan ölkələrdən üz döndərmirik.

 

‘‘Sabah’’: Türkiyә Balkan ölkәlәrinә tibbi lәvazimat göndәrib.

Türkiyә Balkan ölkәlәrinә tibbi lәvazimat göndәrib.

Mәlumata әsasәn, Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Şimali Makedoniya, Monteneqro, Serbiya, Bosniya vә Herseqovina vә Kosovoya tibbi material göndәrib.

Adı çәkilәn ölkәlәrә çatdırılan tibbi yardım Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә göndәrilibç

Sәhiyyә Nazirliyi tәrәfindәn hazırlanan tibbi yardımı daşıyan ''A400M'' tipli tәyyarә Etimesqut hәrbi hava limanından havaya qalxıb.

Göndәrilәn tibbi lәvazimat arasında tibbi maska, xüsusi geyim vә test dәstlәri var.

Digәr tәrәfdәn Kosovo prezidenti Haşim Taçi bütün dünyanın koronavirusla mübarizә etdiyi zamanda ölkәsinә yardım edәn Türkiyә vә prezident Rәcәb Tayyib Әrdoğana tәşәkkür edib.

Şәxsi ''Twitter'' sәhifәsindәn açıqlama verәn Taçi prezident Әrdoğanla telefon әlaqәsi saxladığını bildirib.

Haşim Taçi deyib: ''Bütün dünyanın koronavirusla mübarizә etdiyi zamanda Kosovoya yardım edәn Türkiyә vә prezident Rәcәb Tayyib Әrdoğana tәşәkkür edirik''.

Qeyd edәk ki, Türkiyә keçәn hәftә İtaliya vә İspaniyaya da tibbi lәvazimat göndәrmişdi.

 

‘‘Vatan’’: Berat Albayrak: ‘‘İqtisadiyyatımızı daha da inkişaf etdirәcәyik’’

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak yeni növ koronavirus epidemiyasından sonraki prosesdә güclü şәkildә yer almaq üçün daha çox işlәyәcәklәrini açıqlayıb.Bu barәdә Berat Albayrak şәxsi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib. Berat Albayrak deyib: ‘‘İlk olaraq bu epidemiyanın öhdәsindәn gәlәcәyik. Daha sonra iqtisadiyyatımızı vә istehsalımızı daha da inkişaf etdirәcәyik’’.

 

‘‘Haber Türk’’: Çinә 4,5 milyon dollar mәblәğindә әrik ixrac edilib

Türkiyədən Çinә edilәn әrik ixracı 2019-cu ilin avqust ilә 2020-ci ilin mart ayları arasında 125 % artaraq 4,5 milyon dollara yüksәlib.

Bu barәdә Eğey bölgәsinin Qurudulmuş Meyvə və Məhsul İxracatçılar Birliyinin sәdri  Birol Celep mәlumat verib.

O, 2019-cu ilin avqust ilә 2020-ci ilin mart ayları arasında  76 min ton məhsulun ixrac edildiyini və bu mәhsullardan 197 milyon dollar mәblәğindә qazanç әldә edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr