Türkiyə mətbuatı, 17 mart 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1379366
Türkiyə mətbuatı, 17 mart 2020

“Vatan”: Fəxrəddin Altun: “Tamamilə qərarlıyıq"

Prezident Aparatının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun "Bütün vətəndaşlarımızı, o cümlədən yüksək riskli olanları xəstəliklərdən qorumaq üçün tam qərarlıyıq" dedi.

Altun şəxsi “twitter” hesabından dünən ingiliscə etdiyi paylaşmada yeni növ koronavirus (Kovid-19) mübarizəsiylə əlaqədar bunları qeyd etdi: "Türkiyə beynəlxalq bəzi uçuşları dayandırmaq və təhsilin internet vasitəsilə davam etdirilməsi  kimi tədbirləri vaxtında alaraq Kovid-19-un yayılmasını müvəffəqiyyətli bir şəkildə yavaşlatdı".

“Sabah”: Ədalət və İnkişaf Partiyasının sözçüsü Çelikdən koronavirus açıqlaması

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik koronavirus problemi ilə əlaqədar dünən açıqlama verdi. Çelik "Virusa qarşı tədbirlər həyata keçirmək həyata, ölkəmizə və bütün bəşəriyyətə qarşı bizim məsuliyyətimizdir. Ən yaxın insanlarımızın həyatına göstərdiyimiz qayğı bütün insanlara təsir edir. Tədbirləri tətbiq edərək bu sınağı keçməliyik" dedi.

“Hürriyet”: Nazir Albayrak koronavirus yol xəritəsini açıqladı"

Xəzinə və maliyyə naziri Berat Albayrak koronavirus epidemiyasının təsirlərinə qarşı hazır olduğunu açıqladı. Nazir Albayrak “twitter” səhifəsində yol xəritəsinin mümkün ssenarilərə qarşı hazırlandığını açıqladı. İstehsalın və məşğulluğun zərər görməsinin qarşısını almaq üçün əmək bazarının qorunmasının ilk prioritet olduğunu bildirən nazir Albayrak "Bazarlarda likvidliyin əl çatan olmasında ən kiçik bir pozuntunun olmaması üçün tədbirlər görüldü və görülməkdə davam ediləcək" dedi.

“Star”: "Bayraktar "TB2" PUA Ukraynaya uçdu"

Ukraynanın Türkiyədən aldığı ''Bayraktar TB2'' tipli pilotsuz uçuş aparatı (PUA) sınaqdan keçirildi.

Ukrayna Müdafiə Nazirliyindən verilən  yazılı açıqlamada ''Bayraktar TB2'' pilotsuz uçan aparatın Ukrayna ordusunun inventarına daxil edildiyi qeyd olunub.

''Bayraktar "TB2'' tipli pilotsuz uçan aparatın sınaqdan keçirildiyi bildirilən açıqlamada bu ifadələrə yer verilib: ''Bayraktarı havaya qaldırdıq və təlimlərə başladıq''.

Açıqlamada ''Bayraktar "TB2''-nin Ukrayna Hərbi Hava Qüvvələrini gücləndirdiyi vurğulanıb.

Ukraynanın Türkiyədən satın aldığı Bayraktar TB2 tipi insansız hava vasitəsi (İHA) kompleksinin uçuş testləri reallaşdırıldı. Ukrayna Müdafiə Nazirliyinin yazılı bir şərhində, 'Bayraktarı tez havaya qaldırdıq və döyüş hazırlığına başladıq.' deyildi.

“Yeni Şafak”: ASELSAN-ın hazırladığı tibbi cihazlar istifadəyə veriləcək

Müdafiə sənayesi şirkətiləri sırasında Türkiyənin lider Hərbi Elektron Sənayesi (ASELSAN) səhiyyə texnologiyaları sahəsində də xaricə asılılığı azaldacaq, yerli dizayn və istehsal qabiliyyətlərini artıracaq layihələr və həllər yolları üzərində işlər icra edir.

ASELSAN sağlamlıq texnologiyaları sahəsində görüntüləmə, diaqnoz və həyat dəstəyi başlıqları altında 3 fərqli sahədə tibbi cihaz hazırlamağı planlaşdırır. Bu çərçivədə cihazların inkişafı üçün şirkət yerli və xarici şirkətlər və tədqiqat mərkəzləri ilə əməkdaşlıq üzərində işləyir.



Әlaqәli Xәbәrlәr