Türkiyә mәtbuatı, 5 fevral 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1353520
Türkiyә mәtbuatı, 5 fevral 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Star’’: "Ərdoğan İdlibdәki hücumla bağlı açıqlama verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Suriyanın İdlib şәhәrindә törәdilәn hücumun  İdlib ilә bağlı әldә olunan razılaşmanı açıq şәkildә pozduğunu deyib. Rәcәb Tayyib Әrdoğan Türkiyә Silahlı Qüvvәlәrinin birliklәrinә tәşkil edilәn xain hücumla bağlı açıqlama verib. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  bu hücuma lazımi cavabın verilәcәyini deyib.

 

‘‘Vatan’’: Mövlud Çavuşoğlu Bәşәr Әsәd rejiminә lazımı cavabı verdik, vermәyә dә davam edәcәyik

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türk hәrbçilәrinә edilәn xain hücumdan sonra açıqlama verib.

‘‘Lazımi cavabı verdik. Çox sayda itki verdilәr. Bunun davamı da gәlәcәk’’,-deyә Türkiyәnin xarici işlәr naziri qedy edib.

 

Haber Türk: Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyənin əhalisi 2019-cu illə müqayisədə 1 milyon 151 min 115 nəfər  artaraq  83 milyon 154 min 997 oldu.

Türkiyə Statistika İdarəsi (TÜİK) ''Qeydiyyata Əsasən Əhali Sayı 2019-cu il Nəticələri”ni (Adrese Dayalı Nüfus Kayıt Sistemi 2019 Sonuçları) açıqlayıb. Nəticələrə görə, Türkiyədə 2018-ci ildə 82 milyon 3 min 882 adam var idisə, bu rəqəm 1 milyon 151 min 115 artaraq 2019-cu ildə 83 milyon 154 min 997 nəfərə çatıb.

Türkiyə əhalinin kişi nisbəti 50,2 (41 milyon 721 min 136 adam), qadın sayı isə 49,8 faiz (41 milyon 433 min 861 adam) olaraq qeydiyyata düşüb.  

Rayon və qəsəbə mərkəzlərində yaşayanların nisbəti 2018-ci ildəki 92,3 faiz idisə, 2019-cu ildə bu rəqəm 92,8 faizə yüksəlib. Diyar və kəndlərdə olanların sayı isə 7,2 faizə düşüb.

 

‘‘Yeni Şafak’’: "Ruslar Türkiyə bazarına üstünlük verirlәr’’

Çindә yayılan koronavirus sәbәbindәn Türk mәhsullarına olan tәlәbat 5 dәfә artıb. Çindәn meyvә vә tәrәvәz idxal edәn ruslar Uxanda yayılan koronavirus sәbәbindәn Türk mәhsullarına üstünlük verir.

 

Sabah: "Türkiyə iqtisadiyyatına yatırılan investisiyaların həcmi''

Türkiyədə fәaliyyәt göstәrәn  İngilis Ticarət Palatasının sәdri Kris Qaunt  Türkiyə və İstanbulun Şərqi  Avropa və Orta Asiya Şəbəkəsi içərisində yer alan  14 ölkənin mərkəzi olacağını ifadə edib.

‘‘Türk şirkәtlәrinin Mәkәzi Asiya, Şimali Afrika vә Rusiyada güclü әlaqәlәri var. Biz bunu ticarәt hәcmini artırmaq vә investisiya baxımından bir fürsәt olduğunu düşünürük’’,-deyә  İngilis Ticarət Palatasının sәdri qeyd edib.



Әlaqәli Xәbәrlәr