Türkiyә mәtbuatı: 29 yanvar 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1349196
Türkiyә mәtbuatı: 29 yanvar 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

‘‘Hürriyet’’: Әrdoğan Hafterә reaksiya göstәrib: ‘‘Muzdlu әsgәrdir, Qәddafiyә dә xәyanәt etmişdi’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  dünәn Seneqal dövlәt başçısı Maki Sall ilә birgә mәtbuat konfransında çıxış edib. Rәcәb Tayyib Әrdoğan çıxışı zamanı әhәmiyyәtli bәyanatlar verib. Әrdoğan deyib: ‘‘İdlibdә dә sәrhәdimizә doğru bir hәrәkәtlilik var. Bununla bağlı tәdbirlәr görürük. Hafter muzdlu әsgәrdir. Hafterin beynәlxalq sәviyyәdә legitimliyi yoxdur. Hafter Qәddafiyә dә xәyanәt etmişdi’’.

 

‘‘Star’’: Milli Müdafiә Nazirliyi müşahidә mәntәqәlәri ilә bağlı bәyanat verib

Türkiyәnin Milli Müdafiә Nazirliyi Suriyada rejim qüvvәlәrinin İdlibdәki hücumlarını davam etdirdiyini açıqlayıb.

‘‘Bölgәdәki müşahidә vә nәzarәt mәntәqәlәrimizә hücum edilәcәyi tәqdirdә lazımi cavabı verәcәyik’’,-deyә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda qeyd olunub.

 

‘‘Yeni Şafak’’: Türkiyәnin Daxili İşlәr Nazirliyi bәyanat verib

Türkiyә dörd  xarici terrorçunu da deportasiya edib.

Bu barәdә Türkiyә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, deportasiya edilәn terrorçular  Fransa  vәtәndaşı olub.

Bu çәrçivәdә terrorçuların ölkәlәrinә deportasiya edildiyi bildirilib.

Mәlumatda hәmçinin bu istiqamәtdәki deportasiyaların davam edәcәyi vurğulanıb.

 

‘‘Sabah’’: Türk Hava Yollarından yeni qәrar

Türkiyә Hava Yolları Çinin Vuhan şәhәrindә yayılmağa davam edәn yeni növ koronavirus ilә bağlı bәyanat verib. Bәyanatda Türk Hava Yollarının  Çinә hәyata keçirәcәyi  uçuşlarda tәyyarәdәki ekipaj üzvlәrinin  maska vә әlcәk istifadә edәcәyi ilә  bağlı qәrar qәbul etdiyi bildirilib.

 

‘‘Vatan’’: Dәniz  mәhsulların yeni ulduzu ‘‘Qara dәniz somonu’’

Türkiyә 2019-cu ildә 29 milyon dollar mәblәğindә ‘‘Somon’’ balığı ixrac edib. Mәlumata görә, ‘‘Somon’’ balığının icracı 2018-ci il ilә müqayisәdә 7 % artıb. Mәlumatda həmçinin 2019-cu ildә  Rusiyaya 16 milyon , Vyetnama 8 milyon vә Yaponiyaya 3,5 milyon dollar   mәblәğindә ‘‘Somon’’ balığının  ixrac edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr