Türkiyә mәtbuatı: 27 yanvar 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1347827
Türkiyә mәtbuatı: 27 yanvar 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Әrdoğan Elazığda baş verәn zәlzәlә ilә bağlı açıqlama verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn Әlcazairә sәfәr etmәzdәn әvvәl  İstanbul Atatürk hava limanında açıqlama verib. Elazığda baş verәn zәlzәlә ilә bağlı әhәmiyyәtli açıqlamalar verәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Dövlәtimiz zәlzәlә baş verdiyi andan etibarәn bütün qurumları vә imkanları ilә vәtәndaşlarının yanındadır''.

 

‘‘Yeni Şafak’’: Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay deyib: ‘‘Bölgәdә professional fәaliyyәt var’’

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay  bildirib ki, Fövqәladә Hallar vә Tәcili Yardım İdarәsi ‘‘Müdaxilә Planı’’ çәrçivәsindә  bölgәdәki fәaliyyәtlәrini davam etdirir. Fövqәladә Hallar vә Tәcili Yardım İdarәsinin rәsmilәri tәrәfindәn bölgәdәki son vәziyyәtlә bağlı mәlumat alan Fuad Oqtay deyib: ‘‘Bölgәdә çox Professional fәaliyyәt var’’.

 

‘‘Sabah’’: Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu zәlzәlә ilә bağlı açıqlama verib

Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu  Elazığda baş vermiş 6,8 ballıq zәlzәlә ilә bağlı dünәn açıqlamalar verib. Süleyman Soylu dağıntı altında qalan 45 nәfәrin xilas edildiyini qeyd edib. Nazir Süleyman Soylu hәmçinin tәbii fәlakәtin baş verdiyi bölgәyә 10 mindәn çox çadırın göndәrildiyini dә vurğulayıb.

 

‘‘Star’’: Türkiyәnin dәmiryolu vasitәsilә hәyata keçirilәn ixrac hәcmi  147 faiz artıb

Türkiyәnin dәmiryolu vasitәsi ilә hәyata keçirdiyi ixrac hәcmindә ötәn ilә ilә müqayisәdә 147 faiz artım müşahidә olunub. Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən verilən məlumata görə, 2018-ci ildə 27 milyon 634 min dollar olan avtomobil sektorunun dəmiryolu nəqliyyat vasitəsi ixracatı 2019-cu ildə 68 milyon 457 min dollar olub.

 

‘‘Haber Türk’’: Cedi Osman zәlzәlә zamanı zәrәr görәnlәrә dәstәk verdi

 ‘‘Klivlend’’  basketbol komandasının üzvü Cedi Osman Türkiyәnin Elazığ şәhәrindә baş verәn zәlzәlә zamanı zәrәr görәnlәr ilә әlaqәdar yardım kampaniyası başladıb. Çox sayda mәşhurun da qatıldığı yardım kampaniyası nәticәsindә 385 min Türk lirәsi toplanıb.



Әlaqәli Xәbәrlәr