Türkiyə Mətbuatı- 09.01.2020

Türkiyə mətbuatında gündəmə dair əks edən bəzi xəbərlərin xülasəsini təqdim edirik.

1337544
Türkiyə Mətbuatı- 09.01.2020

Sabah: “Türk axını” təbii qaz boru xəttinin açılış mərasimində prezident Ərdoğan və  Putin çıxış etdi”

Dünən “Türk axını” təbii qaz boru xəttinin açılış mərasiminə qatılmaq üzrə İstanbula gələn Rusiya Prezidenti Vladimir Putin, Prezident Rəcəb Tayyib Ərdoğan ilə  iki dəfə görüşdü. Xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov iki lider arasında baş  tutan danışıqlardan sonra mətbuat konfransı keçirdilər. Çavuşoğlu jurnalistlərə açıqlamasında Ərdoğan və Putinin Liviyadakı tərəflərə atəşkəs çağırışı etdiyini, bunun 12 Yanvarda gecə yarısından etibarən qüvvəyə minməsini istədiklərini bildirdi.

Rusiya Xarici işlər naziri Lavrov da  öz növbəsində deyib: “Türkiyə və Rusiya dövlət Başçıları Bəsrə Körfəzində tarıma çəkilən gərginliyə sülh yolu ilə son qoyulmasının vacibliyi mövzusunda    mütabiq  qalıblar.

Hürriyet: “Prezident Ərdoğandan Putinə sürpriz  hədiyyə”

Prezident Rəcəb Tayyib Ərdoğan, “Türk axını” təbii qaz boru xəttinin açılış mərasiminə qatılmaq üzrə dünən İstanbulda səfərdə olan Rusiya Dövlət Başçısı Vladimir Putinə, Komikasiya rəhbərliyinin hazırladığı “Şərqi Aralıq dənizi tənliyində Strateji Adım: Türkiyə-Liviya razılığı” kitabını hədiyyə etdi. İngilis və Türk dillərində çap olan kitab, “Şərqi Aralıq dənizinin Geopolitik Əhəmiyyəti”, “Şərqi Aralıq dənizinin karbohidrogen Potensialı”, “Türkiyənin Şərqi Aralıq dənizi mövzusu ilə əlaqəli mövqeyi”, “Şərqi Aralıq dənizi ilə vropa İttifaqı”, Kipr Rum Rəhbərliyi və Yunanıstanın izlədiyi siyasət” və Türkiyə-Liviya mütabiqəti” kimi başlıqlardan ibarətdir.

Xəbər Türk: “Xarici işlər naziri M.Çavuşoğlu İran Xarici işlər naziri Cəvad Zərif ilə görüşdü”

Xarici işlər naziri Mevlut Çavuşoğlu ilə İran Xarici işlər naziri Cəvad Zərif arasında dünə baş tutan telefon danışığında bölgədə cərəyan edən proseslər müzakirə olundu.

Yeni Şafak: “ İraqın şimalındakı Kandildə gizlənən terror təşkilatı PKK-ya ağır zərbə endirildi”

Terror təşkilatı PKK-nın ən güclü qadın qruplaşması olan “PAJK” nın dırnaq arası lideri “Delal Nurhak” ləqəbli Əsmə Erat və sürücüsü, Milli Kəşfiyyat Təşkilatı və Türk Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində zərərsizləşdirildi.

Star: Sənaye və Texnologiya Naziri Mustafa Varank: “Milli Sürət Qatarı layihəsini həyata keçirəcəyik”

Sənaye və Texnologiya naziri Mustafa Varank dəmiryolu nəqliyyat sistemlərində böyük uğurlara imza atdıqlarını bildirib və Türkiyənin lokomotiv istehsalı ilə xaricə asılılığına son qoyulduğuna diqqət çəkib. O: “Daha milli sürət qatarı layihəsini həyata keçirməğin vaxtıdır və bunun 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır”-deyə nazir vurğulayıb.



Әlaqәli Xәbәrlәr