Türkiyə mətbuatı, 9 dekabr 2019

“Vatan”, “Yeni Şafak”, “Hürriyet”, “Star” və “Sabah” bu gün nələrdən yazır?

1319827
Türkiyə mətbuatı, 9 dekabr 2019

 

“Vatan”: Ərdoğan “Türkiyə dünyanın 13-cü ən böyük iqtisadiyyatıdır" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 8-də İstanbulda etdiyi çıxışında G-20 üzvü olan Türkiyənin satınalma gücünə görə dünyanın 13-cü ən böyük iqtisadiyyatı olduğunu söylədi. O: "Kənardan investisiya alan ölkələr sıralamasında 4 pillə yuxarı çıxdıq. Türkiyəyə gələn birbaşa sərmayələr 13 milyard dollara çatdı. Ən çox xarici sərmayə alan ölkələrdən biri olduq", - dedi.

“Yeni Şafak”: Türkiyə Hindistana başsağlığı verdi

  Türkiyə Hindistanın paytaxtı Yeni Dehlidəki yanğında həyatını itirənlərə görə kədərləndiyini bildirdi. Ölkənin Xarici İşlər Nazirliyi tərəfindən edilən şərhdə yazılır: "Hindistan xalqı, hökuməti və fəlakətdə həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk."

“Hürriyet”: İstanbuldakı hava limanlarından 11 ayda təxminən 96 milyon sərnişin səyahət etdi

  Türkiyə Dövlət Hava Sahəsi İdarəsinin (DHMİ) rəsmi internet saytındakı məlumatlara görə, bu ilin yanvar - noyabr ayları arasında İstanbuldakı hava limanlarından səyahət edən sərnişin sayı keçən ilin eyni dövrünə görə 1 milyon 235 min 632 adam artaraq 95 milyon 988 min 89-a yüksəldi.

“Star”: Müdafiə sənayesi nəhənglərindən Küveytə qatılma

  Türkiyə 10-12 dekabr tarixlərində Küveytdə təşkil ediləcək “GDA 2019”da Prezident Aparatı Müdafiə Sənayesi İdarəsinin koordinasiyası, Müdafiə və Havaçılıq Sənayesi İxracatçılar Birliyinin (SSI) dəstəyi ilə 20 firmayla birgə iştirak edəcək.

“Sabah”: Eczacıbaşı dünya ikincisi oldu

  Eczacıbaşı Vitra FIVB Qadınlar üzrə Dünya Klubları Voleybol Çempionatı finalında İtaliya nümayəndəsi İmoko Volini (İmoco Volley) 3:1 hesabı ilə məğlub edərək dünya ikincisi oldu.



Әlaqәli Xәbәrlәr