Türkiyə mətbuatı, 5 dekabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1317885
Türkiyə mətbuatı, 5 dekabr 2019

“Haber Türk”: Ərdoğan: “Suriyanın torpağında gözü olanlar oranı tərk etsin”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli təhlükəsizliyi gündəmdə olduğu zaman kimsədən icazə almadan əməliyyat həyata keçirə bilən bir ölkə olduğunu bildirdi. Suriyadan terrorçular çıxana qədər bu ölkədə qalmaqda davam edəcəklərini ifadə edən Ərdoğan “Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur, amma gözü olanlar xahiş edirik bu ölkəni tərk etsinlər” dedi.  

“Star”: Türkiyə NATO zirvə toplantısında istədiyini əldə etdi

ABŞ-ın Türkiyənin etirazlarına baxmayaraq YPG-nin terror təşkilatı olaraq tanınmasına mane olması qarşısında Türkiyənin də Baltikyanı ölkələrinin yeni müdafiə planına veto qoymasındakı qətiyyətli mövqeyini davam etdirməsilə başlayan NATO-nun Liderlər Zirvəsi Toplantısından rəsmi Ankaranın istədiyi nəticə çıxdı. NATO-nun baş katibi Yens Stoltenberqin açıqladığı yekun bəyannaməyə Alyansın 2015-ci ildə yaydığı və YPG-nin terror təşkilatı olduğu bildirilən sənəddən sitat gətirilərək “Terror bütün növləri və təzahürlərilə hər kəs üçün təhdid olmaqda davam edir” maddəsi əlavə olundu.  

“Yeni Şafak”: Türkiyə Şərqi Aralıq dənizində oynanan oyuna mane oldu

Türkiyənin Liviya ilə imzaladığı dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılması razılaşmasını qiymətləndirən enerji və təbii sərvətlər naziri Fatih Dönmez "Bu razılaşma ilə Şərqi Aralıq dənizində Türkiyəni tarazlıq və oyundan kənarda tutmaq üçün  oynanan oyunlara mane olduq" dedi. Dönmez "Həm Liviyanı, həm də Türkiyəni bu oyundan kənarda tutma niyyətləri var idi. Beynəlxalq dəniz hüququna görə də bu razılaşma doğru bir razılaşmadır " ifadəsini işlətdi.

“Sabah”: 2020 Türkiyənin ilidir

Türkiyənin iqtisadiyyatında sürətli yaxşılaşma yerli və xaricilərin sərmayə qoyma cəhdlərini artırdı. Ölkədə 2020-ci ildə inkişafın sürət qazanacağı və xarici sərmayə girişinin artacağı gözlənilir. Dünyada birbaşa xarici sərmayə qoyuluşlarının 13 faiz azaldığı 2018-ci ildə belə xarici sərmayə qoyuluşları 13 faiz artan Türkiyəyə 2020-ci ildə 15 milyard dollardan çox xarici sərmayə daxil olacağı gözlənilir.

“Hürriyət”: Dünyanın ən çox ziyarət edilən şəhərləri açıqlandı! Türkiyədən 2 yer siyahıda

Mərkəzi qərargahı İngiltərədə olan sektorlar, ölkələr və istehlakçılar ilə əlaqədar dünya miqyasında strateji araşdırma aparan təşkilat “Euromonitor International”ın ən çox ziyarət edilən şəhərlər hesabatı yayımlandı. Hesabatda Türkiyədən İstanbul və Antalya da yer aldı. İstanbulu 2018-ci ildə 13 milyon 433 min, 2019-cu ildə isə 14 milyon 715 min 900 nəfərin ziyarət etdiyi qeyd edilən hesabatda Antalyanı isə  2018-ci ildə 12 milyon 438 min 800, 2019-cu ildə isə 13 milyon 332 min 100 nəfərin ziyarət etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr