Türkiyə mətbuatı, 20 sentyabr

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1273161
Türkiyə mətbuatı, 20 sentyabr

"Hürriyyət": "Nazir Soylu geri qayıdan Suriyalı sayını açıqladı"
 
 Daxili işlər naziri Süleyman Soylu: "Ölkəmizdə müvəqqəti qoruma statusu olan suriyalı sayı 3,5 milyonu keçib. "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları ilə  yaratdığımız təhlükəsiz şərait sayəsində bu günə qədər 354 min suriyalı könüllü olaraq yaşadığı yerə qayıdıb" deyə bildirdi.
 
  
 "Sabah": "Səlcuq Bayraqdar açıqladı: 122 ölkənin nümayəndələri iştirak etdilər"

 "Baykar"ın texniki işlər üzrə direktoru və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) himayədarlar nümayəndə heyətinin rəhbəri Səlcuq Bayraqdar TEXNOFEST İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalında (TEKNOFEST İstanbul) iştirak səviyyəsinin keçən ilə nisbətən çox daha olduğunu bildirərək: "Ötən il Texnofestdə 60 fərqli ölkədən 550 min nümayəndə iştirak edib. Bu il 122 ölkədən nümayəndələr gəldilər. Türkiyənin hər tərəfindən daha çox iştirak var. İlk 2 gündə 250 mini keçdik" dedi.
  
 
 "Vətən": "Türkiyədə istehsal olunan nəqliyyat vasitələri Avropa küçələrində"
 
 Avtomobil firmalarının istehsal bazası mövqeyində olan Türkiyədən yanvar-iyun dövründə 170 ölkəyə təxminən 13 milyard dollarlıq nəqliyyat vasitəsi ixrac edildi. Xarici satışlarda ilk yerləri sektorda aparıcı olan Avropa ölkələri tutdu.
 
  
 "Xəbər Türk": "OECD-in ara dönəmdə iqtisadi mənzərəyə dair hesabatı açıqlandı"
 
 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ticarət müharibəsi və siyasi qeyri-müəyyənlikləri səbəbindən qlobal iqtisadiyyat və dünyanın aparıcı ölkələri ilə bağlı artım proqnozlarını aşağı istiqamətli olaraq verdi, Türkiyə iqtisadiyyatına dair 2019-cu il proqnozunu yuxarı istiqamətli olaraq yenilədi.
 
  
 "Star": "Türkiyənin yüksəlişi davam edir"
 
 A Milli Futbol Komandası FİFA-nın  dünya siyahısında 36-cı yerə yüksəldi. FİFA-nın internet saytından açıqlanan sentyabr ayına aid dünya siyahısına görə, Belçika birinciliyini qoruyub saxlayır. Fransa 2-ci yerə çıxdı, Braziliya isə 3-cü yerə endi.



Әlaqәli Xәbәrlәr