Türkiyə mətbuatı, 16 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1270308
Türkiyə mətbuatı, 16 sentyabr 2019

“Vatan” qəzeti: “Çavuşoğlu: Türkiyə Kıbrıs Türklərilə yaxın əməkdaşlıq edir”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rus icmasının xarici işlər naziri Nikos Hristodulisin “Türkiyə ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncının arasında nəzər ziddiyyəti” olduğu barədəki sözlərinə sərt reaksiya göstərdi. Rum mediasına açıqlama verən Çavuşoğlu “Biz, Akıncı, ŞKTC hökuməti və bütün siyasi partiyalarla yaxın əməkdaşlıq içəndəyik. Nikas sərhəddi ötməsin” dedi. Kıbrısda iki dövlətli həll ola biləcəyinə dair mesaj verən Çavuşoğlu “Tərəflər hazır isə, bəli bu ola bilər. Biz heç bir modeli kənarda tutmuruq” dedi.

Yeni Şafak: “Çavuşoğlu: Netanyahunun açıqlaması biabırçılıqdır”

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin baş naziri Binyamin Netanyahunun İordan çayının qərb sahilindəki İordan vadisilə qanunsuz yaşayış məntəqələrini ilhaq etmə niyyətini biabirçiliq olaraq səciyyələndirdi. Çavuşoğlu “bu biabırcılıq doğuran açıqlama seçkilərdə bir neçə səs artıq qazanmaq üçün xain bir təşəbbüsdür” deyə bildirdi.

“Haber Türk” qəzeti: “İstanbul hava limanları 70 milyona yaxın sərnişini qonaq etdi”

Cari ilin yanvar-avqust dövründə İstanbuldakı hava limanlarından reallaşan 466 min 906 daxili və xarici səfərlərilə 68 milyon 448 min 359 sərnişin daşıdı. Atatürk hava limanında bu ilin yanvar-avqust dövründə daxiyli xətlərdə 4 milyon 227 min 132, xari xətlərdə 11 milyon 845 min 504 sərnişin uçdu. Aprel ayında ticarət səfərlərinə bağlanan hava limanında həmin dövrdə cəmi 16 milyon 72 min 534 sərnişin səyahət etdi.

“Hürriyət” qəzeti: “Texnologiya təşəbbüsləri üçün 1,1 milyard lirəlik 5 yeni fond”

Sənaye və texnologiya naziri Mustafa Varank “Təşəbbüs sərmayəni dəstəkləmə proqramı çərçivəsində təmin ediləcək qaynaqdan istifadə etmə hüququ əldə edən 5 fond üçün protokol prosesi başlandı. Ekosistemimizə daxil olacaq 5 yeni fondun ölkəmizdə sərmayə qoymaq üçün təşkil edəcəyi qaynaq məbləği ilk mərhələdə 628 milyon lirə olduqda, yekun məbləğ 1,1 milyard lirəyə çıxacaq. Bu qaynaqlarla qarşıdan gələn 5 ildə ölkəmizdə 148 erkən mərhələ texnologiya əsaslı iş sahəsində yatırım qoyulmasını hədəf almışıq” açıqlamasını verib.

“Star” qəzeti: “Yerli hidropressi ilə raket istehsal ediləcək”

Konya Texniki və Nəcməddin Erbakan universitetlərində vəzifəli akadəmiklər ilə press firmalarından biri tərəfindən inkişaf etdirilən təyyarə, raket və avtomobillərin sac hissələrinin istehsalına imkan yaradan hidro-şəkilləndirmə pressləri ölkə iqtisadiyyatına töhfə verəcək. Təqribən 10 illik fəaliyyətin nəticəsində akadəmiklər təyyarə gövdəsi, raket və avtomobillərin sac hissələrinin istehsalında istifadə olunan yüz faiz yerli hidro-şəkilləndirmə pressi buraxdı. Press idxal hidro-şəkilləndirmə presslərilə müqayisədə daha aşağı maliyyətlə emal ediləcək.



Әlaqәli Xәbәrlәr