Türkiyə mətbuatı 11.04.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1181156
Türkiyə mətbuatı 11.04.2019

“Star” qəzeti: “Prezident Ərdoğanın Fəratın şərqinə istiqamətli əməliyyat açıqlaması”

Prezident Rəcəb Tayyib Ərdoğan Polis Təşkilatının yaranmasının 174-cü ildönümü və Ankarada Xüsusi Təyinatlıların Gölbaşı İdarəsinin inzibati binasının açılış mərasimində etdiyi çıxışda “Sərhədlərimiz boyunca yaradılmağa cəhd göstərilən terror koridoru ilə bizi məğlub edəcəklərini zənn edənlərə qarşı atdığımız addımlarla bunun qeyri-mümkün olduğunu göstərdik. Buna rəğmən hələ də eyni ssenarilər üzərində təkidlə dayananlara yaxın zamanda başa düşəcəkləri dildən yeni mesajlar verəcəyik” dedi.

“Sabah” qəzeti: “TUSAŞ-dan Türkiyədə təyyarə və helikopter istehsalı üçün nəhəng obyekt!”

Türkiyə Havaçılıq və Kosmik Sənayə Şirkəti (TUSAŞ) Türkiyənin ən böyük, dünyanın bir kompleks daxilindəki 4-cü böyük kompozit istehsal zavodunu qurur. Paytaxt Ankaranın Qəhrəmankazan qəsəbəsindəki mərkəzi qərargahda 181 milyon dollar sərmayə ilə həyata keçiriləcək layihə dünyadaki hava obyektləri kompozit ehtiyacının 2 faizini ödəyəcək. Robotiks, avtomatika və son texnologiya ekipajları ilə həssas və xətasız istehsalın olacağı obyekt ixracatla ölkə iqtisadiyyatına töhfə verəcək.

“Yeni Şafak” qəzeti: “Türkiyə ilə Rusiyadan birgə helikopter istehsalına dair siqnal”

Rusiya Federasiyasında Helikopterlər İdarəsinin baş direktoru Andrey Boginskiy Türkiyə ilə birgə helikopter istehsalının mümkün ola biləcəyini bildirib.

Boginskiy Türkiyədə buraxılan helikopter hissələrindən istifadə edərək Rusiya helikopteri istehsal edə biləcəklərini söyləyib.

Türkiyənin döyüş helikopteri istehsalında uğurlu təcrübələri olduğunu bildiklərini dilə gətirən Boginskiy “Buna sivil sahədə də yayğınlaşa biləcək potensial kimi nəzər salırıq” deyib.

“Vatan” qəzeti: “”CNN İnternational” İstanbul Hava Limanını təriflədi”

İstanbul Hava Limanına “Böyük köç” tamamlandı. 5-6 aprel tarixlərinə planlaşdırılan müddətdən daha erkən həyata keçirilən daşınma işlərindən sonra İstanbul Hava Limanı bütün detalları ilə Amerikanın “CNN İnternational” kanalında yayımlandı. Məşhur xəbər aparıcısı Riçhırd Questin İstanbul Hava Limanı ilə əlaqədar ilk yozumu belə oldu: “Türkiyənin meqa aviasiya layihəsi uçuşa başlayır”.

“Hürriyət” qəzeti: “İngilislər elan etdi: Avropanın ən yaxşı çimərlikləri! Türkiyədən 5 çimərlik siyahıda”

“The Guardian” Avropanın ən yaxşı çimərliklərinin siyahısını yaydı. Türkiyədən 5 çimərlik həmin siyahıda yer aldı. Bunlar: Çıralı, kəmər, Antalya; Kabak, Uzunyurt kəndi, Muğla; Patara, Kalkan, Antalya; Akvarium, Bozcaada, Çanaqqala; İztuzu, Dalyan, Muğla.



Әlaqәli Xәbәrlәr