Türkiyə mətbuatı 10.04.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1180664
Türkiyə mətbuatı 10.04.2019

“Vatan” qəzeti “Terror təşkilatına “Pəncə” zərbəsi

Milli Müdafiə Nazirliyinin İraqın şimalına təşkil edilən hava əməliyyatı zamanı ''tәhlükәli terrorçular'' siyahısında olan Mehmet Soysürәn zәrәrsizlәşdirildi.

Nazirliyin yaydığı mәlumatda  bildirilir ki, antiterror əməliyyatında 20-yə yaxın hədəf vuruldu.

“Haber Türk” qəzeti: “Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy: Rusların könlünü feyzyab etdik”

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Rusiyanın paytaxtı Moskvadakı Bolşay teatrında Türkiyə ilə Rusiya arasında elan edilən “2019 Türkiyə-Rusiya qarşılıqlı mədəniyyətə və turizm ili” çərçivəsində nümayiş etdirilən Truva operasına tamaşa etdi. Ersoy “Türkiyə-Rusiya Mədəniyyət və Turizm ilinin açılış gecəsində Bolşoy teatrındakı “Truva” operası ilə rusların könlünü feyzyab etdik. Tamaşaçılar operanı dəqiqələrlə ayaqda alqışladılar. Qarşılıqlı mədəniyyət ili bağlanış tədbiri də İstanbul Perada Rusiyanın bir sərgisilə başa çatacaq” dedi.

“Hürriyət” qəzeti: ““Türk işi dondurma” filmi ölkə xaricində ekrana çıxır”

Çanaqqala döyüşləri zamanı Avstraliyada yaşayan iki Türkün ölkələri üçün apardıqları mübarizəni əks etdirən “Türk işi dondurma” filmi Avropada kinosevərlərə təqdim olunacaq. Yaşanmış bir hadisədən ilham götürülərək kinoya uyğunlaşdırılan, Can Ultayın rejissorluğundakı film 11 apreldə Almaniya, Avstriya, Belçika, Danimarka, Fransa və Hollandiyada nümayiş etdiriləcək.

“Sabah” qəzeti: “THY İstanbul Hava Limanı dünən 103 min 850 sərnişini qonaq etdi”

Türkiyə Hava Yolları (THY) İstanbul Hava Limanında dünən 103 min 850 sərnişinə xidmət göstərdi. THY-nin Baş direktoru Bilal Əkşi yaydığı açıqlamada THY-nin İstanbul Hava Limanında dünən 294-ü gediş, 271 gəliş olmaqla cəmi 565 reys reallaşdı. Əkşi “Cəmi 103 min 850 sərnişinə xidmət göstərdik. Hər şey qaydasındadır” ifadəsini işlədib.

“Star” qəzeti: Antalyada 3600 yaşlı batmış gəmi aşkarlandı”

  Antalya sularında içində mis külçələr olan və miladdan əvvəl 1600-cü illərə aid edilən 14 metrlik batmış gəmi aşkara çıxarılıb.

  Antalya Valiliyi  Kıbrıs (Kipr) mədənlərindən çıxarılıb gəmiyə yülklənən mis yüklü gəminin Girit (Krit) və ya Egey dənizi sahillərindəki bir limana gedərkən fırtınada batdığının güman edildiyini bildirib.

  12-14 metr hündürlüyü olan gəminin standart Tunc dövrü ticarət gəmisi olduğu qeyd edilib.

  Bundan əvvəlki ən qədim batmış gəmi də yenə Antalyada tapıldı. Uluburun adlandırılan bu gəminin bizim eradan əvvəl 1400-ci ilə aid olduğu fərz edilir. Oradan çıxarılan tapıntılar Bodrum Sualtı Əsərlər Muzeyində sərgilənir.

  Bu batmış gəmi isə Uluburundan 200 il daha qədimdir. Eramızdan əvvəl 1600-ci illərə aid batmış bir gəmidir. Söhbət 3600 yaşlı bir gəmidən gedir. Gəminin uzunluğu 14 metr, daşıdığı mis külçələrin ağırlığı isə 1,5 tondur.



Әlaqәli Xәbәrlәr