Türkiyə mətbuatı, 1 mart 2019

Türkiyə mətbuatı 2019-cu ilin 1 mart tarixində nələrdən yazır?

1154804
Türkiyə mətbuatı, 1 mart 2019

“Vatan”: Pakistan-Hindistan böhranında Türkiyə dövriyyədə

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri İmran Xan ilə telefonda danışıb. İmran Xanın istəyilə olan söhbətdə Pakistan və Hindistan arasında davam edən böhran müzakirə edilib. Pakistanın Baş naziri hərbi gərginliyin sona çatması üçün Ərdoğandan vasitəçi olmağı xahiş edib.

“Haber Türk”: Türkiyəyə ən çox qonşu ölkələrdən turist gəlib

  Türkiyəyə gələn əcnəbi turist sayı yanvar ayında 5,33 faiz artımla 1 milyon 539 min 496 nəfər olub.

  Türkiyəyə ən çox qonaq sərhəd qonşuları olan Bolqarıstan və Gürcüstandan gəlib. Bolqarıstan 8,69 faiz artım və 133 min 806 adamla birinci, Gürcüstan 7,30 faiz və 112 min 376 nəfərlə ikinci, Almaniya 6,63 faiz və 102 min 120 adamla ilə üçüncü sırada yer alıb. Rusiyadan gələn turist sayı 34,02 faiz artımla 91 min 720 nəfərə çatıb.

“Yeni Şafak”: Aralıq dənizindəki qazın Avropaya daşınmasında Türkiyə aparıcı rolda

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın kürəkəni və yüksək səviyyəli müşaviri Jared Kuşnerın Ankaraya gəlməsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsinin əks-sədası beynəlxalq mətbuatda hələ də davam edir. Enerji ekspertlərinə görə, bu səfər Türkiyə-İsrail münasibətləri baxımından yeni bir dövrü də özü ilə gətirə bilər. Mütəxəssislər hesab edir ki, Misirin İsraildən yan keçərək Cənubi Kiprlə apardığı enerji razılaşmasına cavab olaraq İsrail qazının Anadoludan Avropaya daşınması üzərində danışıqlar aparıla bilər.

“Star”: İxracda artım davam edir

  Türkiyədə ixracat 2019-cu ilin yanvar ayında keçən ilin eyni ayı ilə müqayisədə 5,9 faiz artaraq 13 milyard 170 milyon dollara yüksəlib, idxal isə 27,2 faiz azalaraq 15 milyard 673 milyon dollara enib. Bu zaman içərisində xarici ticarət kəsiri 72,5 faiz azalaraq 9 milyard 89 milyon dollardan 2 milyard 503 milyon dollara düşüb. Beləliklə, ixrac və idxal arasında nisbət ötən ilin yanvarında 57,8 faiz idisə, bu ilin eyni ayında 84 faizə çıxıb.

“Sabah”: A Milli Futbol Komandasının başına Şenol Günəş gətirildi

  Türkiyə Futbol Federasyonu (TFF) A Milli Futbol Komandasının texniki direktoru vəzifəsinə Şenol Günəşin gətirildiyini açıqladı. 4 illik müqavilə 2019-cu ilin 1 iyun tarixindən qüvvədə olacaq.

  Qeyd edək ki, Şenol Günəş Cənubi Koreya və Japoniyada təşkil edilən 2002 Dünya Futbol Kubokunda A Milli Futbol Komandasının texniki direktoru olmuş və komandanı dünya üçüncüsü edə bilmişdi.



Әlaqәli Xәbәrlәr