Türkiyә mәtbuatından xәbәrlәr 15.01.2019

Star: "Ərdoğan: Kürdlərlə bir problemimiz yoxdur, YPG/PKK-nı vu vurarıq"

1125769
Türkiyә mәtbuatından xәbәrlәr 15.01.2019

 

Star: "Ərdoğan: Kürdlərlə bir problemimiz yoxdur, YPG/PKK-nı vurarıq"

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә  Amerika Birlәşmiş Ştatlarının prezidenti  Donald Tramp arasında telefon danışığı olub. Tәrәflәr  görüşdә tәhlükәsiz zonanın yaradılması mәsәlәsini müzakirә ediblәr. Görüşdә prezident Әrdoğan Trampa Türkiyәnin kürdlәrlә heç bir probleminin olmadığını  vә Türkiyәnin yeganә mәqsәdinin  ölkә tәhlükәsizliyinә tәhdid tәşkil edәn terror tәşkilatları ilә mübarizә olduğunu deyib.

 

Yeni Şafak: ‘‘Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Trampa cavab verdi’’

Türkiyә  Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Trampın Türkiyә ilә bağlı açıqlamasına cavab verdi. İbrahim Kalın bildirib ki, Türkiyә kürdlәrlә deyil terrorçulara qarşı mübarizә aparır. Kürdlәri vә suriyalıları terror tәşkilatlarının bütün tәhdidlәrinә qarşı qoruyacağıq. Suriyadakı kürdlәri PKK ilә eynilәşdirmәk çox ciddi xәtadır.

İbrahim Kalın deyib: “Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji tərəfdaşlıqla bağlı öhdəliklərini yerinə yetirməyi və buna terror təbliğatı ilə kölgə salmamağı gözləyir”.

 

Sabah: ‘‘Çavuşoğlu Trampın açıqlamasına cavab verdi’’

Türkiyә Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trumpın  Türkiyәnin  kürdlərə hücum edəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı açıqlamasına  münasibət bildirib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu: ‘‘Strateji tərəfdaşlar sosial media vasitәsilә ünsiyyәtә girmәzlәr’’ deyәrәk  Trampın açıqlamasına reaksiya göstәrib.

‘‘Biz kürdlərin düşməni deyilik onlara ən çox biz sahib çıxmışıq’’ deyən Çavuşoğlu  32 kilometrlik  təhlükəsiz bölgə fikrinin də prezidenti Rəcəb Tayyib Ərdoğanın  təklifi olduğunu qeyd edib.

 

Hürriyyet: "Şaftalı ixracı rekord sәviyyәyә çatıb’’

Türkiyənin şaftalı ixracı 15 avqustadək olan müddətdə rekord səviyyəyə çatıb.

Həmin dövrdə şaftalı ixracından 76 milyon dollar gəlir əldə edilib. Bu müddət ərzində ixrac edilən şaftalı miqdarı isə 101,8 ton oldu.

Şaftalının ən çox ixrac edildiyi ölkələr sırasında ilk yeri Rusiya tutdu. Həmin dövrdə Rusiyaya ixrac edilən 62,7 min ton şaftalıdan 59,8 milyon dollar  gəlir əldə edildi. Ən çox şaftalı ixrac edilən digər ölkələr isə  Suriya, Rumıniya olub.

 

Haber  Türk: "Dünya rekordçusu Şahika Ercümen Antarktidada dәnizә dalacaq’’

Dünya rekordçusu  Şahika Ercümen  3-ci Milli Antarktida Elm Səfəri çərçivəsində Antarktidada dәnizә dalacaq.  Şahika Ercümen  dünyanın ən qeyri-adi yerlərindən biri olan Antarktidada Türkiyәni tәmsil edәcәyi üçün çox hәyәcanlı olduğunu deyib.



Әlaqәli Xәbәrlәr