"Hədsiz qiymət artımları bütün dünyanın ortaq problemidir", R.T.Ərdoğan

Antaliyada nəqliyyatı asanlaşdıracaq Faselis tunelinin açılış mərasiminə video- konfrans vasitəsilə qatılan Ərdoğan deyib...

1813283
"Hədsiz qiymət artımları bütün dünyanın ortaq problemidir", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ölkəmizi dünyanın 10 ən böyük iqtisadiyyatından biri etmək əzmindəyik” deyə vurğulayıb.

  Antaliyada nəqliyyatı asanlaşdıracaq Faselis tunelinin açılış mərasiminə video- konfrans vasitəsilə qatılan Ərdoğan deyib: "Hədsiz qiymət artımları bütün dünyanın ortaq problemidir. Türkiyə istehsal gücü və logistik üstünlükləri ilə bu problemdən ən az təsirlənən ölkələrdən biridir.

  Ölkəmizi dünyanın 10 ən böyük iqtisadiyyatından biri etmək əzmindəyik. Hökumətimiz ehtiyacı olan hər kəsin yanındadır. Həm iqtisadiyyatda, həm də istehsalda işlər yaxşı gedir".



Әlaqәli Xәbәrlәr