Mövlud Çavuşoğlu Jozep Borrel və sudanlı həmkarı ilə Fələstin məsələsini müzakirə edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Jozep Borrel və sudanlı həmkarı ilə telefonla danışıb.

1639978
Mövlud Çavuşoğlu Jozep Borrel və sudanlı həmkarı ilə Fələstin məsələsini müzakirə edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və Sudanın xarici işlər naziri Mariam Al-Sadig Al-Mehdi ilə telefonla danışıb.

Telefon danışıqlarında Fələstindəki son vəziyyət və atılacaq addımlar müzakirə olunub.

Digər tərəfdən, nazir Çavuşoğlu "Twitter"də Nakbanın (Böyük fəlakət) 73. ildönümü üçün paylaşdığı mesajında "Yüz minlərlə fələstinlinin yurdlarından didərgin düşdüyü Nakba fəlakətinin 73-cü ildönümündə Fələstin xalqı hələ də etnik, dini və mədəni təmizləməyə məruz qalır. Azadlıq və şərəf mübarizələrində sona qədər fələstinli qardaşlarımızın yanındayıq" ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr