Hakan Fidan Melani Coli ilə görüşüb

Xarici İşlər Nazirliyinin rəsmi  ''X'' internet səhifəsində  edilən paylaşımda nazir Hakan Fidanın kanadalı həmkarı Melani Coli ilə paytaxt Ankarada görüşdüyü bildirilib.

2140526
Hakan Fidan Melani Coli ilə görüşüb

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün Kanadanın xarici işlər naziri Melani Coli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin rəsmi  ''X'' internet səhifəsində  edilən paylaşımda nazir Hakan Fidanın kanadalı həmkarı Melani Coli ilə paytaxt Ankarada görüşdüyü bildirilib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, 2024-cü il Türkiyə ilə Kanada arasında diplomatik əlaqələrin qurulmasının 81-ci ildönümünə təsadüf edir. Son illərdə iki ölkə arasında xüsusilə avtomobil, dənizçilik və informasiya texnologiyaları sektorlarında əməkdaşlıq inkişaf etdirilib.
Təxminən 3 milyard dollar olan Türkiyə-Kanada ticarət həcminin qısa müddətdə 5 milyard dollara çatdırılması hədəflənir.
İlki 2019-cu ildə İstanbulda keçirilən Kanada ilə Birgə İqtisadiyyat və Ticarət Komitəsinin (JETCO) görüşünün gələcəkdə də təkrarlanması gözlənilir.



Әlaqәli Xәbәrlәr