Mövlud Çavuşoğlu vә Mark Qarno ikitәrәfli münasibәtlәri müzakirә ediblәr
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Kanada xarici işlәr naziri Mark Qarno arasında telefon danışığı olub.
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Kanada xarici işlәr naziri Mark Qarno arasında telefon danışığı olub.
Diplomatik mәnbәlәrin yaydığı mәlumata görә, tәrәflәr ikitәrәfli münasibәtlәri müzakirә ediblәr. Görüşdә hәmçinin Türkiyәnin müdafiә sәnayesinә tәtbiq edilәn mәhdudiyyәtlәr mәsәlәsindә Kanadanın mövqeyindәn duyulan narahatlıq qarşı tәrәfә çatdırılıb vә bunun nәzәrdәn keçirilmәsi xahiş edilib.
Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәrә yer verilb: ‘‘Nazir Mövlud Çavuşoğlu vә kanadalı hәmkarı Mark Qarno arasında telefon danışığı olub. Görüşdә ikitәrәfli münasibәtlәr müzakirә olunub, hәmçinin Türkiyәnin müdafiә sәnayesinә tәtbiq edilәn mәhdudiyyәtlәr mәsәlәsindә Kanadanın mövqeyindәn duyulan narahatlıq qarşı tәrәfә çatdırılıb’’.
Kanada xarici işlәr naziri Mark Qarno isә görüşlә bağlı verdiyi bәyanatda deyib: ‘‘Türkiyә әhәmiyyәtli NATO müttәfiqidir vә NATO-nun әmәkdaşlıq proqramları ilә bağlı müraciәtlәr qiymәtlәndirilәcәk’’.