İbrahim Kalın gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın bildirib ki,  Amerika Birlәşmiş Ştatları terror tәşkilatı PYD/YPG-yә verdiyi dәstәyi dayandırmalıdır.

1582187
İbrahim Kalın gündәmdәki aktual mövzuları qiymәtlәndirib

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın bildirib ki,  Amerika Birlәşmiş Ştatları terror tәşkilatı PYD/YPG-yә verdiyi dәstәyi dayandırmalıdır.

‘‘TRT Haber’’ә müsahibә verәn İbrahim Kalın gündәmdәki aktual mövzuları qiymәtlәndirib. İbrahim Kalın Co Bayden administrasiyasının çox sayda yeni vәd verdiyini vә Donald Tramp dövründәn sonra yeni addımlar atacaqları ilә bağlı bәyanatlar verdiyini bildirib.

İbrahim Kalın keçәn hәftә Co Baydenin milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Cek Sullıvanla telefon әlaqәsi saxladığını vә mübahisәli mövzuları müzakirә etdiklәrini ifadә edib.

YPG vә PYD-yә verilәn dәstәyin, hәmçinin Fәtullahçı Terror Tәşkilatının ABŞ-dakı fәaliyyәtlәrinә göz yumulmasının Türkiyә baxımından milli tәhlükәsizlik mәsәlәsi olduğunu bildirәn İbrahim Kalın Türkiyәnin qәtiyyәtli mövqeyi sayәsindә Suriyanın şimalında ABŞ vә başqa ölkәlәrin dәstәyi ilә PYD vә YPG-nin nәzarәtindә terror dәhlizinin yaradılmasının qarşısının alındığını qeyd edib.

İbrahim Kalın deyib: ‘‘ABŞ YPG vә PYD-yә verdiyi dәstәyi dayandırmalıdır. FETÖ-nün oradakı fәaliyyәtlәrinә ‘‘dayan’’ demәlidir’’.

İbrahim Kalın Türkiyә ilә ABŞ-ın qarşılıqlı hörmәt prinsipi çәrçivәsindә mәsәlәlәri hәll edә bilәcәyini söylәyib.



Әlaqәli Xәbәrlәr