YTB bu dəfə Hollandiyakı vətəndaşları sevindirdi

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) idarəsi tərəfindən başlanan “Diaspora “Covid-19” dəstək və əməkdaşlıq proqramı" ilə Hollandiyada ehtiyacı olan ailələrin ehtiyacları qarşılanır

1409374
YTB bu dəfə Hollandiyakı vətəndaşları sevindirdi

 

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) idarəsi tərəfindən başlanan “Diaspora “Covid-19” dəstək və əməkdaşlıq proqramı" ilə Hollandiyada ehtiyacı olan ailələrin ehtiyacları qarşılanır.

  Dünyada YTB tərəfindən başladılan "Diaspor “Covid-19” dəstək və əməkdaşlıq proqramı" vasitəsilə xaricdə vətəndaşlara Türkiyənin o ölkələrdəki qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə yardım edilir: karantin rejiminin olduğu ölkələrdə yaşlıların tənhalığı bölüşülür və az gəlirli vətəndaşlara dəstək verilir.

  Proqram çərçivəsində Hollandiya Dini Fonduna bağlı Amsterdam Eyup Sultan Məscidi Birliyi ilə birlikdə Ramazan ayında bölgədə yaşayan aztəminatlı və tənha yaşlı insanlara isti yemək verilir.

  Epidemiyaya görə Türkiyəyə geri dönə bilməyən vətəndaşlar üçün də Ramazan ayı boyu hər gün isti yemək paketləri hazırlanır.



Әlaqәli Xәbәrlәr