XİN sözçüsü Hami Aksoyun gündəmə dair açıqlaması

Türkiyə ABŞ-ın təhdid dili və təzyiqlərlə nəticə  əldə edə bilməyəcəyini başa düşməsinin vacibliyini bildirdi.

1190483
XİN sözçüsü Hami Aksoyun gündəmə dair açıqlaması

Türkiyə ABŞ-ın təhdid dili və təzyiqlərlə nəticə  əldə edə bilməyəcəyini başa düşməsinin vacibliyini bildirdi.

 Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

 Açıqlamasında Türkiyə ilə ABŞ nümayəndə heyətləri arasında Suriya mövzusunda keçirilən görüşlərə toxunan Aksoy "Təhlükəsiz bölgə barəsində 3 iclas keçirilib. Bizim prioritetimiz separatçı terror təşkilatı PYD/YPG-nin işğal etdiyi rayonlardan çıxarılmasıdır" deyib.

 ABŞ-ın Suriyadan əsgərlərini çıxaracağı barədə ziddiyyətli açıqlamaları dəyərləndirən Aksoy bildirib ki, ABŞ-ın tamamilə çəkilməyəcəyi aydın olur, ancaq bölgədə hakimiyyət boşluğuna səbəb olmaması lazımdır. Terror təşkilatları gücləndirilməməlidir.

F-35 döyüş təyyarələrinin təhvili ilə bağlı mübahisələri də xatırladan Aksoy Türk pilotların ABŞ-dakı təlimlərinin davam etdiyini vurğulayaraq déyib ki, təyyarələrin təhvili başladı, geri addım atmayacağıq.

 ABŞ-ın Türkiyəyə "Patriot" hava müdafiə sistemləri satmaq istəməsi barəsindəki təklifini dəyərləndirən Aksoy “ABŞ gec də olsa təklif təqdim etməyə başladı. Rusiyadan alacağımız S-400 ilə bunu bir arada düşünmürük" deyə bildirib.

 ABŞ-ın Suriyadakı Qolan təpələri üzərində İsrailin suverenliyini tanımaq qərarına dair Aksoy déyib ki, Qolan Suriya torpağıdır. İlk reaksiya bizdən gəldi. ABŞ bu addımda tək başına qaldı.

O, 1915-ci il 24 aprelin hadisələri ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin ünvanına söylədiklərinə də toxunub: "Makronun aprelin 24-nü “anım günü” elan etməsini unutmayacağıq. Fransa Prezidentinin söylədiyi ağır ifadələrin qarşılığı olacaq".

 “Fransanın bu mövqeyi cavabsız qalmayacaq. Fransızların bir əsr əvvəl erməniləri silahlandırılıb Türklərin qətlə yetirilməsində məsuliyyəti var" deyə XİN sözçüsü vurğulayıb.

 Ermənistanın məsələ ilə bağlı açıqlamasına da reaksiya göstərən Aksoy "Erməni sözçünün açıqlaması və üslubu dövlət ənənəsinə sahib olmadığını göstərir. 1915-ci il hadisələri qanuni bir mübahisə mövzusudur. Ermenistan arxiv açma cəsarətini göstərsə, həqiqətlər ortaya çıxacaq" ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr