M.Çavuşoğlu Cenevrәdә aparılan danışıqlar ilә bağlı mәlumat verdi

Astana prosesinin zamin ölkәlәri olan Türkiyә, Rusiya vә İranın xarici işlәr nazirlәri  Suriyadakı son vәziyyәti qiymәtlәndirmәk üçün dekabrın 18-dә İsveçrәnin Cenevrә şәhәrindә bir araya gәldilәr.

1110480

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Suriya böhranının  siyasi yolla hәll edilmәsi üçün әhәmiyyәtli addımların atıldığını bildirdi.

Jurnalistlәrә Cenevrәdә baş tutan görüş ilә bağlı mәlumat verәn Mövlud Çavuşoğlu Suriya böhranının siyasi yolla hәll edilmәsi üçün mühüm irәlilәyişlәrin әldә olunduğunu deyib.  Mövlud Çavuşoğlu Suriya konstitusiyası ilә bağlı aparılan danışıqlarda әhәmiyyәtli mәrhәlәyә gәlindiyini bildirib.

Nazir Çavuşoğlu müxalifәr vә rejimin komissiyada kimlәrin iştirak edәcәyi ilә bağlı siyahını tәqdim etdiyini vurğulayıb. Nazir qeyri-hökumәt tәşkilatlarının siyahısında kimlәrin olacağını qiymәtlәndirdiklәrini söylәyib.

Mövlud Çavuşoğlu Astanada aparılan danışıqların bundan sonra Cenevrәdә davam edәcәyini qeyd edib.

Әlaqәli Xәbәrlәr