Rәcәb Tayyib Әrdoğan Qәtәrdә sәfәrdәdir

Prezident Әrdoğanı Doha Hamad beynәlxaiq hava limanında Qәtәrin müdafiә naziri Xalid bin Mәhәmmәd әl Adiyyә, Türkiyәnin Dohadakı sәfiri Fikret Özer vә rәsmi şәxslәr qarşıladılar.

847628
Rәcәb Tayyib Әrdoğan Qәtәrdә sәfәrdәdir

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Küveytdәn  sonra Qәtәrә sәfәr etdi.

Prezident Әrdoğanı Doha Hamad beynәlxaiq hava limanında Qәtәrin müdafiә naziri Xalid bin Mәhәmmәd әl Adiyyә, Türkiyәnin Dohadakı sәfiri Fikret Özәr vә rәsmi şәxslәr qarşıladılar.

Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahının rәisi Hulusi Akar, әdliyyә naziri Әbdülhәmid Gül, xarici işlәr naziri Mövlud Çavuşoğlu,İqtisadiyyat naziri Nihat Zeybekçi, enerji vә tәbii sәrvәtlәr naziri Berat Albayrak, gәnclәr vә idman naziri Osman Aşkın Bak, qida, kәnd tәsәrrüfatı vә heyvandarlıq naziri Әhmәd Әşrәf Fakıbaba, mәdәniyyәt vә turizm naziri Numan Kurtulmuş, meşә vә su işlәri naziri Veysel Eroğlu, nәqliyyat, dәnizçilik vә kommunikasiya naziri Әhmәd Arslan müşayiәt edirlәr.

Predident Rәcәb Tayyib Әrdoğan Qәtәrin sabiq Әmiri Şeyx Hamad Bin Xәlifә Әl Sani ilә şam yemәyindә görüşdü.

Qeyd edәk ki, şam yemәyi mәtbuata qapalı keçirildi.



Әlaqәli Xәbәrlәr