Bu, tənhalığa doğru addım atmaq deməkdir

Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik barədə referendumu ilə bağlı bildirdi.

794844
Bu, tənhalığa doğru addım atmaq deməkdir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında Aralıq dənizinə koridor açılmasına imkan verilməyəcəyini bildirdi.

Bazar ertəsi günü  İordaniyaya bir günlük səfər edən Türkiyə prezidenti təyyarədə jurnalistlərə müsahibə verdi.

Ərdoğan  separatçı terror təşkilatı PKK-nın qolu PYD-nin nəzarətində olan Suriyanın Afrin bölgəsində Türkiyə tərəfdarı olan kürdlərin də olduğunu qeyd etdi, burada terrorun üstün gələcəyinə imkan verilməyəcəyini dedi.

Prezident İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik barədə referendumu ilə bağlı verilən suala cavab olaraq:"Milli Təhlükəsizlik Təşkilatının rəhbəri həm Bağdadda, həm Ərbildə görüşlər keçirdi. Xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü Bağdada və Ərbilə gedir. Bu növ referendumu bir sıra inkişaf etmiş ölkələr,Türkiyə , İslam ölkələri doğru hesab etmirlər. Yəni bu addım tənhalığa doğru addım atmaq deməkdir" ifadələrini işlətdi.

 

 



Әlaqәli Xәbәrlәr