XİN M.Çavuşoğlunun Özbəkistana  səfərə davam edir

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Qətərə etdiyi səfərini tamamladıqdan sonra Özbəkistana keçib.

720600
XİN M.Çavuşoğlunun Özbəkistana  səfərə davam edir

Xarici işlər naziri Çavuşoğlu, Daşkəndə səfəri çərçivəsində ilk olaraq Türk və Özbək iş adamları ilə bir araya gəlib. Görüşdə, Danışıqlar zamanı iki ölkə arasındakı ticarət həcminin artırılmasına dair fikir mübadiləsi edilib.

Çavuşoğlu, səfərinin 2-ci günündə Özbək həmkarı Əbdüləziz Kamilov ilə bir araya gəldikdən sonra təşkil edilən mətbuat konfransında, danışıqlar zamanı siyasi, iqtisadi və turizm başda olmaqla müxtəlif sahələrdə əməkdaşlıq edilməsi mövzusunu müzakirə etdiklərini, bundan sonra da qarşılıqlı ziyarətlərin davam edəcəyini, bu il iki ölkə prezidentlərinin reallaşdırıcaqları zirvə toplantısı ilə əlaqələin taçlandırılacağını vurğulayıb.

Xarici işlər naziri Çavuşoğlu səfəri çərçivəsində Senatın vitse-prezidenti Sadiq Safayev və Prezident Şavkat Mirziyoyev ilə də görüşəcək.

 



Әlaqәli Xәbәrlәr