Valyuta məzənnəsi ilə bağlı geyri sabitlik qarşısında lazımlı tədbirlər görülüb

Baş nazir müavini Nurəttin Canikli, xüsusi bir telekanalın canlı yayımlanan proqramında gündəmə dair məlumat verib və sualları cavablandırıb.

621293
Valyuta məzənnəsi ilə bağlı geyri sabitlik qarşısında lazımlı tədbirlər görülüb

Baş nazir müavini Canikili, dollar məzənnəsində müşahidə olunan geyri sabitliyin əsas səbəbinə dair suala cavabən: “Bu yalnız Türkiyə ilə əlaqəli hadisə deyil. Bu cür dalğalanmalar mütləq müəyyən dövrlərdə bütün iqtisadiyyatlarda müşahidə olunur. Dollar bütün pul vahidləri qarşısında dəyər qazanıb. Türkiyənin bu dalğalanma ölçüsünü yüngülləşdirici tədbirləri var. Bu sahədə lazımlı addımlar atılıb” deyib.

Büdcə disiplinindən güzəştə gedilmədiyini və büdcə kəsri ilə əlaqəli əhəmiyyətli işlər edildiyini ifadə edən nazir Canikili , Avropa Parlamentinin (AP) Türkiyə ilə müzakirələrin dayandırılmasını nəzərdə tutan tövsiyə qərarının iqtisadi əlaqələrə təsirinin olub olmadığına dair suala isə belə cavab verib: “İqtisadi əlaqələr ölkələrin mənfəətləri üzərində formalaşar. Avropa İttifaqı (Aİ) ölkələriylə reallaşdırdığımız idxalat həcmi, ixracatımızdan çoxdur. Bu səbəblə də Aİ-nın, iqtisadi əlaqələrə mənfi təsir edəcək geyri rasional addımlar atacağını güman etmirəm”.

Prezident rejiminin mənimsənməsinin iqtisadi sabitliyə töhvə verəcəyinə inandığını ifadə edən Canikli, Türkiyənin siyasi tarixinə baxıldıqda, bu mövzunun daha əvvəl də gündəmə daxil edildiyi və siyasi partiya liderlərinin belə bir tələblərinin olduğu müşahidə olunur deyə qeyd edib.

Fətullahçı Terror Təşkilatına qarşı edilən mübarizə barədə də məlumat verən Canikli: “Fətullahçı Terror təşkilatının böyük təhdid olduğu gözdən yayındırılmamalıdır. Çünkü ətraflı araşdırıldıqca və yeni məlumatlar əldə edildikçə bu təşkilatın vəhşi, mərhəmətsiz, təhlükəli, olduğunu görürük. Bu qlobal miqyaslı dəstəkçiləri olan, arzu edildikdə maşa olaraq istifadə etmək üçün yetişdirilən bir təşkilat hesab edilir” deyə vurğulayıb.

Fövqəladə vəziyyət rejiminin, terrora qarşı mübarizə mərhələsində böyük əhəmiyyət daşıdığına diqqəti çəkən Baş nazir müavini Canikli, Fövqəladə vəziyyət rejimi çərçivəsində əsas hüquq və azadlıqların istifadəsinin məhdudlaşdırıla biləcəyini lakin buna zərurət görmədiklərini qeyd edib.

Türkiyə və Rusiya əlaqələrini dəyərləndirən Canikli, iki ölkə arasındakı əlaqələrin sürətlə inkişaf etdiyini, bunun da bütün sahələrə töhvə verdiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr