‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә 33 terrorçu mәhv edilib

Suriyanın şimalının terrorçulardan tәmizlәnmәsi üçün avqustun 24-dә Türkiyәnin liderliyilә başlanan  ‘‘Fәrat Qalxanı әmәliyyatı’’ çәrçivәsindә  terror tәşkilatı DEAŞ üzvü 33 terrorçu mәhv edilib.

609259

Türkiyә Silahlı Qüvvәlәrindәn verilәn mәlumata görә,  әmәliyyatın 80-ci günündә Türkiyә Hәrbi Hava Qüvvәlәri Salvanın qәrbindә tәsbit edilәn hәdәflәrә ağır zәrbәlәr endirib, nәticәdә 18 terrorçu mәhv edilib.

Әmәliyyat nәticәsindә hәmçinin  terrorçuların istifadə etdiyi 2 bina dağıdılıb, 1  maşın məhv edilib.

Әmәliyyat çәrçivәsindә DEAŞ-a aid 73 vә PKK/PYD-yә aid 2 hәdәfә atәş açıldı.

Gün әrzindә baş verәn toqquşmalar nәticәsindә müxalifәt qüvvәlәrinin 5 hәrbçisi şәhid olub, 18-i dә yaralanıb.

Әldә olunan mәlumata görә,  müxalifәt qüvvәlәri 5 DEAŞ terrorçusunu daha mәhv edib.

Koalisiya qüvvәlәrinin Salva vә Şuvayhat Şadır bölgәlәrinә andirdiyi zәrbәlәr nәticәsindә 10 terrorçu zәrәrsizlәşdirilib.

Әlaqәli Xәbәrlәr