“Qurudan da əməliyyatlar daxil olmaqla bütün hüquqlarımızdan istifadə edəcəyik”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Mosulla bağlı əməliyyatları özəl televiziya kanallarından birinə dəyərləndirib.

596681
“Qurudan da əməliyyatlar daxil olmaqla bütün hüquqlarımızdan istifadə edəcəyik”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Mosulla bağlı əməliyyatları özəl televiziya kanallarından birinə dəyərləndirərkən deyib ki, İraqın Sincar və başqa bölgələrindən bizə yönəlik təhdid artarsa, quru əməliyyatlar da daxil omaqla beynəlxalq hüquqdan doğan bütün haqlarımız və gücümüzdən istifadə edərək, hədələri dəf edəcəyik.

Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi üçün Türkiyə Silahlı Qüvvələrinin avqustun 24-də başlatdığı “Fərat qalxanı” əməliyyatında DEAŞ-a qarşı hərkəslə əməkdaşlıq edildiyini vurğulayan nazir Rusiya ilə əlaqələr normallaşma prosesinə girdiktən sonra iki ölkə arasında güclü mexanizm yarandığını ifadə edib.

Xarici işlər naziri onu da deyib ki, kəşfiyyatla əlaqəli hər sahədə qarşılıqlı olaraq məlumat ötürülür. Baş Qərargah rəisimiz rus həmkarı ilə daimi olaraq əlaqə saxlayır. “Fərat qalxanı”nın məqsədi buranı DAEŞ-dən təmizləmək və təhlükəsiz bölgə yaratmıqdır.

Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı qolları "PYD" və "YPG" haqda da danışıb: "Amerikalılara söylədik, "PYD" və "YPG" Suriyanın Münbiç bölgəsindən çıxmazsa, biz onları öz imkanlarımızla çıxarmağın yolunu bilirik".



Әlaqәli Xәbәrlәr