İstanbulda tәhlükәsizlik zirvәsi keçirildi

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sədrliyi ilә İstanbulda  təhlükəsizlik zirvəsi keçirilib.

585737
İstanbulda tәhlükәsizlik zirvәsi keçirildi

Bəylərbəyi Sarayındakı Sarı Köşkdə  keçirilәn zirvә toplantısı 1 saat 40 dəqiqə davam etdi.

İclasda   Baş nazir Binalı Yıldırım, Baş nazirin  müavini  Numan Kurtulmuş, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah Rәisi general Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Fikri İşıq  iştirak ediblәr.

 İclasda  Başika düşәrgәsi sәbәbindәn İraq hökumәti ilә Türkiyә arasındakı gәrginlik, Suriyada davam edən ‘‘Fərat  Qalxanı’’ әmәliyyatı, terror təşkilatları DEAŞ və PKK başda olmaqla terrorla  mübarizə məsələləri  müzakirә olundu.



Әlaqәli Xәbәrlәr