Rəcəb Tayyib Ərdoğan və Marsel Çiolaku birgə mətbuat konfransında çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyada yaşayan türk və türk-tatar cəmiyyətlərini iki ölkə arasındakı dostluq körpüsü kimi gördüklərini bildirib.

2142590
Rəcəb Tayyib Ərdoğan və Marsel Çiolaku birgə mətbuat konfransında çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyada yaşayan türk və türk-tatar cəmiyyətlərini iki ölkə arasındakı dostluq körpüsü kimi gördüklərini bildirib.
Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəsmi səfər edən Rumıniyanın Baş naziri Marsel Çiolaku ilə birgə mətbuat konfransında çıxış edib.
Rəcəb Tayyib Ərdoğan Rumıniya ilə ikitərəfli ticarət həcminin iki il ardıcıl olaraq 10 milyard dollar səviyyəsini keçdiyini və hədəfin 15 milyard dollar olduğunu bildirib.
Rumıniya ilə həm ikitərəfli səviyyədə, həm də NATO çətiri altında ortaq fəaliyyət göstərərək bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə verdiklərini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: “PKK və FETÖ kimi terror təşkilatları ilə mübarizə mövzusundakı gözləntilərimizi cənab Baş nazirə çatdırdıq''.
R.T.Ərdoğan Rumıniyada yaşayan türk və türk-tatar cəmiyyətlərini iki ölkə arasındakı dostluq körpüsü kimi gördüklərini bildirib.
"Biz həmvətənlərimizin Rumıniya cəmiyyəti ilə harmoniyada yaşamalarından məmnunuq. Buna imkan verdiyinə görə Rumıniya hakimiyyətinə təşəkkür edirik. Fürsətdən istifadə edərək bildirmək istərdim ki, Rumıniya vətəndaşlarının ölkəmizə səyahət etməsinə imkan verəcək qaydanı həyata keçirdik. Bununla da, münasibətlərimizin daha da güclənəcəyinə inanırıq”. 
Rumıniyanın baş naziri Marsel Çiolaku isə öz növbəsində deyib: “Türkiyə Avropa İttifaqı xaricindəki əsas iqtisadi tərəfdaşımızdır, NATO-dakı ən mühüm müttəfiqlərimizdən biridir, strateji regional tərəfdaşımızdır və yaxşı qonşu ilə dostumuzdur''.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və qonaq Baş nazir mətbuat konfransından əvvəl keçirilən ikitərəfli görüşdən sonra Rumıniya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci toplantısına qatılıblar. 
Daha sonra prezident R.T.Ərdoğan və Rumıniyanın Baş naziri Marsel Çiolakunun iştirakı ilə iki ölkə arasında əməkdaşlığa dair 6 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr