Çukurcada bir әsgәr şәhid oldu

Türkiyәnin Hakkari şәhәrinin Çukurca qәsәbәsindә  əl qumbarasının  partlaması nəticəsində bir əsgər şəhid oldu.

585585
Çukurcada bir әsgәr şәhid oldu

Türkiyənin Hakkari şәhәrinin Şəmdinli qəsəbəsində PKK-lı terrorçuların  Durak Jandarm hərbi postuna bomba yüklü avtomobilə təşkil etdikləri  hücum nəticəsində  10-u əsgər olmaqla 18 nəfər şəhid oldu.

 Hadisə nəticəsində 27 əsgərlə yanaşı çox sayda mülki vətəndaşın da yaralandığı  bildirilir.

 Yaralananlar Yüksekova  və Şəmdinlidəki xəstəxanalara çatdırılıblar.

 Bölgədə geniş miqyaslı əməliyyat başladılıb

 Hakkarinin  Çukurca qәsәbәsindә isə  əl qumbarasının  partlaması nəticəsində bir əsgər şəhid oldu.

 Təhlükəsizlik mənbələrindən verilәn mәlumata görә, sıravi әsgәr  Furkan  Hamamcı   Hantepe bazasında  mövqedə olduğu zaman  əl qumbarasının partlaması nəticəsində şəhid oldu.

 Qeyd edәk ki, şәhid әsgәrin cәnazәsi hәrbi tәyyarә ilә mәmlәkәti Kayseriyә göndәrildi.



Әlaqәli Xәbәrlәr