Nə daxildə, nə də xaricdəki terrorçulara aman yoxdur!

Fərat Qalxanı Hərəkatı çərçivəsində terror təşkilatı DAEŞ-ə aid olduğu təsbit edilən 6 hədəf tam dəqiqliklə vurulub.

585186
Nə daxildə, nə də xaricdəki terrorçulara aman yoxdur!

  Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, Fərat Qalxanı Hərəkatı xəttiylə Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarələri Suriyanın şimalındakı Aktar, Al Bull və Cakka bölgələrinə hava hərəkatı təşkil edib. Terror təşkilatı DAEŞ-ə aid 6 hədəfə 8 ədəd bomba atılıb, 1 idarə, 1 toplanma yeri, 1 sursat anbarı və 3 sığınacaq tam dəqiqliklə məhv olunub.

  Əməliyyatda HGK-1 adlı Türkiyə istehsalı olan bombadan istifadə edilib.

  Bu arada, Türkiyə daxilində də terrorçulara qarşı əməliyyatlar davam edir. Hakkarinin Çukurca qəsəbəsində əməliyyat zamanı 2 terrorçu təslim olub, 8-i isə zərərsizləşdirilib. Bundan əvvəl öldürülən 5 terrorçunun isə cəsədi ələ keçirlib.

  PKK-ya qarşı əməliyyat çərçivəsində çox sayda sursat da müsadirə edilib.

  Qeyd edək ki, 30 avqustdan etibarən Çukurcada 254, ümumi halda Hakkari daxilində isə 374 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr