Joe Biden Türkiyəyə gəlir

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Joe Biden Türkiyəyə gəlir.

551345
Joe Biden Türkiyəyə gəlir

Ağ Evdən verilən yazılı açıqlamada Joe Bidenin 22-25 avqust tarixlərində Latviya, Türkiyə və İsveçə gedəcəyi bildirilir.
 
 Açıqlamada: "Joe Biden Ankarada həyata keçirəcəyi görüşlər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan və baş bazir Binəli Yıldırım ilə bir araya gələcək, ABŞ-Türkiyə münasibətlərini və iki ölkə üçün əhəmiyyət kəsb edən müxtəlif məsələləri müzakirə edəcək" deyilir.
 
 Bidenin Latviya və İsveç səfərlərində də yüksək səviyyəli görüşlər keçiriləcəyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr