Hərəkət hazırlığında olan terrorçu tutuldu

Türkiyənin Tunceli şəhəri Ovacık qəsəbəsində özəl firmaya aid yol tikinti işləri zamanı 5 iş maşını terrorçular tərəfindən yandırılıb, 3 işçi isə qaçırılıb

495195
Hərəkət hazırlığında olan terrorçu tutuldu

 Hadisədən sonra təhlükəsizlik qüvvələri tərəfindən bölgədə əməliyyat başlanıb.

  Diyarbəkirdə də təhlükəsizlik qüvvələri tərəfindən bir traktorda və heyvan gübrəsində gizlədilən partlayıcı maddə və qurğular aşkarlanaraq patladılıb.

  Şəhır Valiliyindən verilən məlumata görə, “Təhlükəsizlik qüvvələrinə hücum edən terrorçuların fəaliyyətlərinin aşkarlanması, tutulması və zərərsizləşdirilməsilə bağlı işlər davam edir. Bu çərçivədə bir terrorçu da ölü olaraq ələ keçirilib”.

  Vanda isə terror təşkilatı PKK-ya istiqamətli əməliyyatda hərəkət hazırlığında bir terrorçu tutulub.

  Van Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi aşkarlayıb ki, “Bu, təşkilatın dağ heyətindən gələrək şəhərdə hərəkət etməyi planlayan terrorçusu idi”.

  Mübarizə qrupları əməliyyat nəticəsində 1 silah, 2 silah maqazini və 2 əl qumbarası olan terrorçunu tutublar.



Әlaqәli Xәbәrlәr