“İpək Yolunu relslər üzərində canlandırmaq üçün işlərimizi davam etdiririk”, R.T.Ərdoğan

Paytaxt Ankaraya rəsmi səfərə gələn Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında R.T.Ərdoğan deyib ...

2140689
“İpək Yolunu relslər üzərində canlandırmaq üçün işlərimizi davam etdiririk”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə yenidən işə salınması üçün səylərin davam etdiyini bildirib.

  Paytaxt Ankaraya rəsmi səfərə gələn Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında R.T.Ərdoğan deyib: “Mən artıq indidən 10 gündən sonra dost gürcü xalqının qeyd edəcəyi müstəqillik gününü təbrik edirəm.

  Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə iki dost qonşu və strateji tərəfdaş kimi mühüm görüşlər keçirdik.

  Keçən il 3 milyard dollara çatan ikitərəfli ticarət həcmini də yeni dövrdə 5 milyard dollara çatdırmağı planlaşdırırıq.

  Tarixi İpək Yolunu relslər üzərində canlandıran Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən tam istismara verilməsi üçün işimizi davam etdiririk.

  Terror təşkilatları və mütəşəkkil cinayət şəbəkələri, xüsusilə FETÖ (Fətullahçı Terror Təşkilatı) və PKK ilə mübarizəni daha təsirli edəcək addımlara da diqqət ayırdıq”.

  Gürcüstanın baş naziri İrakli Kobaxidze isə öz növbəsindəki çıxışında deyib: “Türkiyəyə gəldiyim və cənb prezident Ərdoğanla görüşdüyüm üçün özümü xoşbəxt hiss edirəm. O, Türkiyə xalqının mənafeyini qoruyan əsl liderdir. Biz hörmətli Ərdoğanın Gürcüstanın milli maraqlarına verdiyi dəstəkdən çox məmnunuq. Sizə təşəkkür edirik.

  Biz Qafqazda ölkələrin birgəyaşayışını dəstəkləyir və konstruktiv əməkdaşlığa hər zaman açığıq”.

  Qeyd edək ki, görüşlərdən sonra iki ölkə arasında “Enerji sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.



Әlaqәli Xәbәrlәr