Poroşenko dünǝn Ankarada bir sıra görüşlǝr keçirdi

Dövlǝt başçısı Әrdoğanın qonaq prezidentlǝ tǝkbǝtǝk görüşündǝn sonra Türkiyǝ-Ukrayna Yüksǝk Sǝviyyǝli Şura yığıncağı keçirildi.

447791
Poroşenko dünǝn Ankarada bir sıra görüşlǝr keçirdi

“Türkiyǝ Krımın Rusiyaya birlǝşdirilmǝsini tanımayıb vǝ bundan sonra da tanımayacaqdır"

Bunu Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Ukrayna prezidenti Pyotr Poroşenkonun dünǝn Ankaraya sǝfǝri zamanı birgǝ mǝtbuat konfransında deyib.

Ukrayna prezidenti dünǝn Ankarada bir sıra görüşlǝr keçirdi.

Dövlǝt başçısı Әrdoğanın qonaq prezidentlǝ tǝkbǝtǝk görüşündǝn sonra Türkiyǝ-Ukrayna Yüksǝk Sǝviyyǝli Şura yığıncağı keçirildi.

Daha sonra Anadolu xǝbǝr agentliyinin icra heyǝti sǝdri vǝ baş direktoru Şenol Kazancı ilǝ Ukraynanın Ankara sǝfiri Sergiy Korsunsky, Anadolu xǝbǝr agentliyi vǝ Ukrayna xǝbǝr agentliyi (UKRINFORM) arasında ǝmǝkdaşlığa dair saziş imzalandı. Digǝr tǝrǝfdǝn Milli Tǝhlükǝsizlik Şurasının Baş Katibliyi ilǝ Ukrayna Milli Tǝhlükǝsizlik vǝ Müdafiǝ Şurası arasında razılaşma mǝtni, Türkiyǝ-Ukrayna Yüksǝk Sǝviyyǝli Strateji Şuranın 5-ci yığıncağının nǝticǝlǝrinǝ dair ortaq açıqlama da imzalanıb.

Toplantıdan sonra Dövlǝt başçısı vǝ Ukrayna prezidenti Poroşenko ilǝ birgǝ mǝtbuat konfransı tǝşkil etdilǝr.

Dövlǝt başçısı Әrdoğan mǝtbuata açıqlamasında deyib ki, Türkiyǝ Krımın qeyri-qanuni birlǝşdirilmǝsini tanımayıb vǝ bundan sonra da tanımayacaqdır. Suriyaya girǝrkǝn, “Suriya idarǝsi bizi çağırdı ona görǝ Suriyadayıq. Rusiya, görǝsǝn Ukraynaya girǝrkǝn onu kim çağırdı ki, Ukraynaya girdilǝr? Bunu beynǝlxalq hüququn hansı maddǝsi ilǝ uyğunlaşdıracaqlar? “Bu, “güclüyǝm elǝsǝ haqlıyam" mǝntiqi ilǝ atılan bir addımdır. Bu mövzuda söhbǝt haqlı olmaqdan getmir"-deyǝ Dövlǝt başçısı Әrdoğan vurğulayıb.

Poroşenko isə mətbuat konfransında bildirib ki, Ukrayna Krım məsələsinə dair beynəlxalq danışıqlarda, o cümlədən “Cenevrə +" (Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqı) formatına Türkiyənin də cəlb edilməsinin tərəfdarıdır.



Әlaqәli Xәbәrlәr