Rezin qayıqla Yunanıstana keçməyə çalışan 43 suriyalı yaxalandı

Antalyanın Kaş qəsəbəsindən rezin qayıqla Yunanıstanın Meis Adasına keçməyə çalışan Suriya əsilli 43 nəfər yaxalandı.

439905
Rezin qayıqla Yunanıstana keçməyə çalışan 43 suriyalı yaxalandı

Sahil Təhlükəsizlik Komandanlığına aid dəstələr Kaş qəsəbəsində patrul xidməti zamanı Kovan Adası sahillərindən rezin qayıqla Yunanıstanın Meis Adasına keçməyə çalışan insanlar olduğunu müəyyən etdilər..

Saxlanılan qayıqdan 17-si uşaq olmaqla 43 suriyalı sahil təhlükəsizlik katerinə mindirildilər.

Qaçqınlar Kaş Limanına aparıldılar.



Әlaqәli Xәbәrlәr