MTŞ yığıncağı bu gün keçirilir

Milli Təhlükəsizlik Şurası toplantısı, prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında bu gün keçirilǝcǝk.

424920
MTŞ yığıncağı bu gün keçirilir

Yığıncaqda ǝsas müzakirǝ mövzusu terrora qarşı mübarizǝ mǝqsǝdiylǝ Cənub-şərqdə başladılan əməliyyatlar və nəticələri olacaq. Bölgədə bundan sonra hərbi, ictimai və iqtisadi sahədə atılası addımlar tǝhlil edilǝcǝk. Təhlükəsizlik qüvvələrinin zirehli vasitələr və silah tǝmin etmini, terrora qarşı mübarizə edilmǝsini nǝzǝrdǝ tutan 303 maddəlik plan da gündǝmǝ salınacaq.

Yığıncağa, Nəqliyyat, İnformasiya və Dənizçilik naziri Binali Yıldırımın da qatılması planlaşdırılır. Suriya mǝsǝlǝsi dǝ dǝyǝrlǝndirilǝcǝk olan yığıncaqda, Cenevrə danışıqlarında Türkiyənin atacağı addımlar müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr