TBMM-də 64-cü Hökumət proqramına dair müzakirələr keçirildi

Dünən Türkiyə Böyük Millət Məclisində 64-cü Hökumət proqramına dair müzakirələr keçirildi. Müzakirə məsələləri iqtisadiyyat, xarici siyasət və 2023-cü il hədəfləri idi.

394740
TBMM-də  64-cü Hökumət proqramına dair müzakirələr keçirildi

Türkiyənin Baş naziri Əhməd Davudoğlu, Cümhuriyyət Xalq Partiyasının sədri  Kamal Kılıçdaroğlu və Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçeli müzakirələri idarə heyətindən izlədilər.

Müxalifət iqtisadiyyat və xarici siyasət sahəsinə aid tənqidi çıxışlar etdi.

 Hökumət adından söz alan Baş Nazir Müavini Lütfü Əlvan, proqrama dair əhəmiyyətli açıqlamalar verdi.

Proqramda insan mərkəzli bir yanaşma olduğunu qeyd edən Əlvan: "Xalqımızın illərdir gözlədiyi Konstitusiyanı birlikdə yazmağı hədəflədik. İnsanlarımız üçün nailiyyətlərlə dolu bir dövr keçirəcəyik. Dövlət içində dövlət olmaq istəyən hər cür paralel struktur ilə və hər cür terror təşkilatı ilə mübarizəyə davam edəcəyik" deyə danışdı.

Hökumət proqramının müzakirəsindən sonra sabah (bazar ertəsi) Parlamentdə etimad səsverməsi keçiriləcək.

Etimad səsverməsi üçün 276 səs lazımdır.

64-cü Hökumət etimad səsi aldıqdan sonra diqqətlər Məclis işləri üzərində mərkəzləşəcək.

Üzvləri təyin olunan komissiyalara sədrlərin seçkisi də sabah keçiriləcək.

Çərşənbə günü yenə Məclisdə qrup toplantıları olacaq.

Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Xalq Demokratiyası Partiyası və Milliyyətçi Hərəkat Partiyası qruplarını təmsil edən liderlər çıxış edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr